"Bundan çox qorxuram” - Samir Abbasov

"Bundan çox qorxuram” -   Samir Abbasov
17:07 20 Noyabr 2016
68 İdman
Ölkə mətbuatı
A- A+

Premyer Liqanın XII turunda "Sumqayıt” öz meydanında "Neftçi”ni 2:0 hesabı ilə məğlub edib. Oyundan sonra keçirilən mətbuat konfransında “Sumqayıt”ın baş məşqçisi Samir Abbasov fikirlərini bildirib:  


“İlk dəqiqələrdən niyyətimiz bəlli idi. Oyun da göstərdi ki, meydana qələbə üçün çıxmışdıq. Sevindirici haldı ki, qoldan sonra yenə hücumlar etdik. Bu həftə Avropada möhtəşəm futbol həftəsidi. İstəyirdik ki, biz də bu möhtəşəm həftədə azarkeşlərimizi sevindirək. Komandanın sabit oyun sərgiləməsi üçün çox çalışmaq lazımdı. Təcrübə baxımından problemimiz var. Belə oyunlar futbolçularımıza dərsdi. Desəm ki, hər oyun belə oynayacıq, yalan olar”.


- Artıq yüksək pillələrə doğru irəliləyirsiz. “Sumqayıt” mövsümü dördüncü pillədə başa vura bilərmi?

- Biz hər oyuna qələbə üçün çıxırıq. Yerlər haqda heç nə düşünmürük. Dördüncü yer bizim üçün əlçatmazdı. Çalışacağıq ki, qarşıdakı oyunlarda da bugünkü kimi oynayaq və yüksək pillələrə qalxaq.


- Bəzən “Sumqayıt”da qələbələrdən sonra eyforiyaya qapanır. Bunu aradan qaldırmaq üçün nə düşünürsüz?

- Bundan çox qorxuram. Jurnalistlərdən xahiş edirəm ki, komandamızın üzvlərindən nə gördünüzsə, yazın, onların gözünü qorxudun.(futbol11.az)


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbundan-cox-qorxuram-t54303.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR