Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İmperatorun nəvəsi avtomobil qəzasına uğrayıb

İmperatorun nəvəsi avtomobil qəzasına uğrayıb

Date: 20 November 2016 17:32

Yaponiya imperatoru Akihitonun nəvəsi, taxt-tacın üçüncü vəliəhdi, 10 yaşlı şahzadə Hisahito anası şahzadə Kiko ilə birlikdə avtomobil qəzasına uğrayıblar. 

Milli.Az musavat.com-a istinadən bildirir ki, qəza yerli vaxtla səhər 07.30-da olub.  Qəza Saqamihara şəhərində avtomobil tıxacı zamanı baş verib. 

Şahzadənin olduğu maşın qarşıdakı avtomobillə toqquşub. Xoşbəxtlikdən, xəsarət alan olmayıb. Polisin hadisə ilə bağlı araşdırmalara başladığı bildirilir.

Milli.Az


Tags:  İmperatorun nəvəsi avtomobil qəzasına uğrayıb

RƏYLƏR


Top news