Ölüləri yeyən qəbilə aşkarlandı – FOTOLAR

Ölüləri yeyən qəbilə aşkarlandı – FOTOLAR
17:38 20 Noyabr 2016
246 Maraqlı
Ölkə mətbuatı
A- A+

Hindistanın Varanasi şəhərində yaşayan Aqori qəbiləsinin ölüləri yeməsi faktı aşkarlanıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, gizli yaşam tərzinə üstünlük verən, xüsusi dini ibadətləri olan Aqori tayfasının üzvlərinin sayının azalması müvafiq qurumları bununla bağlı araşdırma aparmağa sövq edib. Araşdırmaların fonunda isə məlum nəticələr ortaya çıxıb.

Qəbilə üzvləri qapalı yaşam tərzinə üstünlük verdiklərindən əvvəllər bu icmanın nümayəndələri haqqında ətraflı məlumat, foto, videogörüntü yox idi. Varanasidə ölülərin dəfn olunduğu yerlərdə yaşamağa üstünlük verən qəbilə ilə bağlı araşdırmalar tükürpədən faktları ortaya çıxarıb. Məlum olub ki, onlar inanclarına əsasən dünyasının dəyişmiş qohumlarının ətini yeyir, sifətlərini onun külü ilə boyayırlar.

Qəbilə üzvləri hesab edirlər ki, insanın ən böyük qorxusu onun ölümüdür. Onlar qorxudan xilas olmaq üçün ölülərin ətini yeyirlər.

Xüsusi geyim tərzi və adətləri olan Aqori qəbiləsinin üzvləri ənənəyə əsasən din xadimlərinin, hamilə qadınların və uşaqların cəsədlərini dərhal yarmırlar. Əvvəlcə onların meyitləri gölə atılır. Cəsəd yalnız bundan sonra suyun üzərindən götürülərək yarılır.

Anar Tağıyev









Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqli/104050.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR