"Məndən "pullu kişi" tapmağımı istədi, öldürdüm"

"Məndən "pullu kişi" tapmağımı istədi, öldürdüm"
17:42 20 Noyabr 2016
244 Ölkə
Ölkə mətbuatı
A- A+

Tərtərdən Bakıya gələn 22 yaşlı qadın tanış olduğu 55 yaşlı şəxs tərəfindən amansızlıqla qətlə yetirilib. 

Milli.Az bildirir ki, musavat.com qadının qətlə yetirilməsinin təfərrüatlarını əldə edib. Məlum olub ki, 22 yaşlı Gülpəri əvvəlcə bıçaqlanıb, sonra boğularaq qətlə yetirilibmiş.

Hazırda qətli törətməkdə təqsirləndirilən 1961-ci il təvəllüdlü Vidadi Qarayev Cinayət Məcəlləsinin 120.1 və 228.4-cü maddələri ilə təqsirli bilinir və onun cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdirilir. 

Qeyd edək ki, qətl hadisəsi bu il iyulun 2-də Nəsimi rayonundakı "Qış Parkı"nın yeraltı keçidindəki mağazada baş verib. Qətlin baş verdiyi mağazanı Vidadi Qarayev işlədirmiş.
Vidadi Qarayevin istintaqa ifadəsi qətlin təfərrüatlarını və qaranlıq məqamlarını üzə çıxarıb. İlkin məlumat kimi Aslanlı Gülpəri Rasim qızının Vidadi Qarayev tərəfindən aralarında yaranmış münaqişə zəminində öldürüldüyü bildirilirdi.

Qətli törədən 55 yaşlı şəxs özünü təqsirli bilib

V.Qarayev istintaqa ifadəsində deyib ki, onlar mağazada intim münasibətdə olduqdan sonra Gülpəri ondan pul istəyib. Vidadi Qarayev pul vermədiyi üçün aralarında mübahisə yaranıb və Gülpəri onu təhqir edib. V.Qarayev bundan əsəbləşərək Gülpərini qətlə yetirdiyini deyib. 
O, ifadəsində deyib ki, Gülpərini 2015-ci ilin dekabrından tanıyıb. Həmin vaxt Gülpəri onun işlədiyi mağazaya oyuncaq almaq üçün gəlib. Bür neçə gün sonra Gülpəri onun mağazasına növbəti dəfə gələrək nisyə mal alıb. Bundan sonra onların arasında münasibət yaranıb və bir-birilərinə telefon nömrələrini veriblər. 

V.Qarayev bildirib ki, tanış olduqdan 10-15 gün sonra ilk dəfə işlədiyi mağazada cinsi əlaqədə olublar. Vidadi Qarayevin sözlərinə görə, bunun üçün ona 50 manat pul verib. Gülpərinin ondan pul istəmədiyini və özünün təklif etdiyini deyən Vidadi bundan sonra bir neçə dəfə Gülpəri ilə həmin mağazada cinsi əlaqədə olduqlarını bildirib. 

İfadəsinin davamında V.Qarayev qeyd edib ki, buna görə Gülpəriyə hər dəfə 50 manat və ya mağazada satdığı mallardan hədiyyə verib. Vidadi onu da əlavə edib ki, Gülpəri mağazaya bir neçə dəfə qızı ilə də gəlib.

"Gülpəri məndən "pullu kişi" tapmağımı istədi" 

Vidadi Qarayev Gülpərini qətlə yetirməsinin səbəbini isə belə danışıb: "Bir müddət sonra Gülpəri ilə münasibətimiz soyudu. Ancaq telefonda danışırdıq. Gülpəri məndən "pullu kişi" tapmağımı istədi. Bu, məni qəzəbləndirdi. Bundan sonra Gülpəridən şübhələnməyə başladım".

Vidadi istintaqa ifadəsində deyib ki, Gülpərinin başqa kişilərlə görüşdüyündən şübhələnərək, onu öldürmək qərarına gəlib. Vidadi şübhələnməsinə səbəb kimi isə Gülpərini tanımadığı şəxsin maşınına minərkən görməsini göstərib. Gülpəridən qisas almaq qərarına gələn Vidadi iyulun 2-də mağazaya gələn Gülpəri ilə danışaraq guya onu yola gətirməyə çalışıb. 

"Yalvardı ki, onu öldürməyim"

Gülpəriyə başqa kişilərlə görüşməsi ilə bağlı irad bildirən Vidadi deyib ki, ondan "yaxşı eləyirəm" cavabını alıb. Bundan qəzəblənərək üzərində olan bıçaqla ona bir zərbə vurub. Vidadi qətlin təfərrüatlarını danışarkən bildirib ki, bıçaq zərbəsindən sonra Gülpəri yalvararaq, onu öldürməməsini xahiş edib: "Yalvardı ki, onu öldürməyim. Amma öldürəcəyini dedim və ikinci bıçaq zərbəsini vurdum".

Bundan sonra Gülpərinin qışqırdığını görən Vidadi onu boğmağa başlayıb. Vidadi deyib ki, Gülpərinin nəfəs almaqda çətinlik çəkdiyini və xırıldadığını görüb. Xırıltı səsi kəsiləndə isə onun öldüyünü başa düşüb. Meyidi kassanın arxasına qoyaraq mağazanın qapısını bağlayıb və taksi ilə kirayədə yaşadığı Bakıxanov qəsəbəsinə gedib.

Qatil arvadı və qardaşı ilə vidalaşıb

Evdə qana bulaşmış paltarını dəyişib və qətli törətdiyi bıçağı da götürərək evdən çıxıb. Qanlı paltarları zibil qutusuna atdıqdan sonra həyat yoldaşı Nazilə Qarayevaya zəng edib. Nazilə Qarayeva qardaşıgildə olduğunu deyib. Vidadi təcili görüşməli olduqlarını və onun Sabunçu keçidinə gəlməsini istəyib. 

V.Qarayev görüş zamanı arvadına mağazada bir qızı öldürdüyünü və onu vidalaşmağa çağırdığını deyib. Daha sonra qardaşı Rövşənə zəng vurub, bir nəfər qızı qətlə yetirdiyini və polisə təslim olmağa getdiyini deyib. 

Təqsirləndirilən şəxsin ziddiyyətli ifadələri...

Vidadi Qarayev istintaqdakı ifadəsində Gülpərini öldürməsinə səbəb kimi aralarında yaranan mübahisəni göstərib. Vidadi deyib ki, cinsi əlaqədə olduqdan sonra Gülpəri pul istəyib. Pul vermədikdə isə Gülpəri onu təhqir etdiyindən onu öldürüb. Ancaq burada maraqlı bir məqam da var ki, Vidadinin ifadəsindən də bəlli olur ki, sonuncu görüşlərində onlar cinsi əlaqədə olmayıblar. Vidadi digər ifadəsində isə Gülpərini tanımadığı şəxsin maşınına minərkən gördüyünü və qısqanclıq zəminində öldürdüyünü deyib.

Gülpərinin ailəsi narazıdır 

İstintaq zamanı qətlə yetrilmiş şəxsin hüquqi varisi kimi onun atası Rasim Məhəmmədi tanınıb. O, ifadəsində bildirib ki, qızı Gülpəri 1994-ci ildə anadan olub. Tərtər şəhərində orta təhsil alan Gülpəri 2013-ci ildə İlqar Ələkbərovla ailə həyatı qurub. Bu nikahdan onların Mələk adlı qızları olub. 

Rasim Məhəmmədi deyib ki, qızı heç bir yerdə işləməyib. Son iki ildir ki, ailəsi ilə birlikdə "Təzə bazar"ın yaxınlığında kirayədə yaşayıb. Gülpərinin əri tikində fəhlə işləyib. O, qızının ölüm xəbərini polis əməkdaşlarından aldığını, dəfndən sonra qətli törədən şəxsin Vidadi Qarayev olduğunu öyrəndiyini deyib.

R.Məhəmmədi qətli törədən şəxsi tanımadığını və qızının həyat yoldaşı ilə normal münasibətlərinin olduğunu deyib. İstintaq zamanı Gülpərinin hadisə baş verən gün mağazaya gəlməsi və Vidadinin qətli törətdikdən sonra mağazanı bağlayaraq getməsi müşahidə kameralırında da təsdiqlənib. 

Qeyd edək ki, Vidadi Qarayevin məhkəməsində qətlə yetirilən Gülpərinin yaxınları da iştirak ediblər. Həyat yoldaşı və ailə üzvləri deyiblər ki, V.Qarayev Gülpəriyə təcavüz edərək, qətlə yetirib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

QHT sədri: "Jurnalistlər üçün tikilən yeni yaşayış binasının açılışı əlamətdar hadisədir"

20 İyul 2017 18:52

Cinlər qızı zorlamaq istədi - Qorxunc hadisənin ANBAAN - VİDEO - FOTO

20 İyul 2017 18:52

DİN və Baş Prokurorluq Sabunçu rayonu ərazisində piyada ölümü ilə nəticələnən yol qəzası barədə birgə məlumat yayıb

20 İyul 2017 18:52

Elmar Məmmədyarov Miroslav Yençanı qəbul edib

20 İyul 2017 18:52

Oğlu "Porsche" ilə piyadanı tapdalayan rəis barədə araşdırma başladı - MAŞINI HANSI PULLA ALIB?

20 İyul 2017 18:49

Şahzadədənin hərəkəti hamını DƏHŞƏTƏ GƏTİRDİ - VİDEO

20 İyul 2017 18:48

"Gəncə azarkeşləri tələbkardırlar, daim nəticə istəyirlər"

20 İyul 2017 18:47

“Neftçi”dən ayrıldı, Premyer Liqa klubuna keçir

20 İyul 2017 18:47

"Zubrları təbiətimizə qaytaraq!" ekoloji yay düşərgəsi - FOTO

20 İyul 2017 18:42

Firudin Hacıyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

20 İyul 2017 18:42

Kənddə yoxa çıxan 3 yaşlı uşaq 7 gün sonra tapıldı: TÜKÜRPƏDƏN HƏQİQƏTLƏR ÜZƏ ÇIXDI - FOTO

20 İyul 2017 18:42

Bakıda gecə klubunda 38 yaşlı qadını döydülər

20 İyul 2017 18:39

Alimlərdən İNANILMAZ ARAŞDIRMA: sən demə, uşaqlar ana bətnində bunu...

20 İyul 2017 18:38

"Mançester Yunayted" bu il çempionluq mübarizəsi aparacaq"

20 İyul 2017 18:37

AMEA Yüksәk Texnologiyalar Parkının Ekspertlər Şurasının iclası keçirilib

20 İyul 2017 18:37

“Lenovo” innovativ konseptləri nümayiş olunub

20 İyul 2017 18:35

Külək qısa ətəkli modeli biabır etdi - FOTO

20 İyul 2017 18:32

İlham Əliyev Belçika Kralını təbrik edib

20 İyul 2017 18:29

ABŞ-ın ikinci Quantanamo həbsxanası üzə çıxdı - Məhkumlar İŞİD terrorçularıdır? - FOTO

20 İyul 2017 18:27

“PSJ-nin Neymara ehtiyacı var” – Unai Emeri

20 İyul 2017 18:27

Elaqant işgüzar qadın obrazları - FOTO

20 İyul 2017 18:23

""İnter" əks-hücumlarda çox təhlükəlidi" - "Fola"nın baş məşqçisi

20 İyul 2017 18:22

Qohumları yaralı erməni hərbçilərinə münasibətdən şikayətçidirlər

20 İyul 2017 18:17

Qadın xəyanəti, kişi şiddəti, kasıblıq, qayınana... - AİLƏLƏR NİYƏ DAĞILIR?

20 İyul 2017 18:17

Azərbaycan Prezidenti Belçikalıların Kralına təbrik məktubu göndərib

20 İyul 2017 18:17

Azərbaycan şou-biznesi İnstagram-da - FOTO

20 İyul 2017 18:17

Təranə şortikdə - FOTOlar

20 İyul 2017 18:12

Gənc taekvondoçular Bolqarıstanda məşq edəcək

20 İyul 2017 18:12

Yaralı erməni hərbçilərinin yaxınları hospitalda göstərilən münasibətdən şikayət edirlər

20 İyul 2017 18:12

Türkiyəyə TANAP ilə qazın ilk hissəsinin çatdırılma vaxtı açıqlandı

20 İyul 2017 18:12

"Bozbash picrutes"in "Şirin"i üçün xoş gün - FOTO

20 İyul 2017 18:12

Sizcə kənd çolpası hansıdır?

20 İyul 2017 18:12

BƏƏ və Şimali Koreya arasında 100 milyon dollarlıq SİLAH TİCARƏTİ

20 İyul 2017 18:08

Arzu Rəhimov Ucarda vətəndaşları qəbul edib

20 İyul 2017 18:07

"Porsche" ilə qəza edən Əhəd Kərimov: "Rəis atamın pulu ilə ayaqqabı belə almamışam" - VİDEO

20 İyul 2017 18:05

Acun Şeyma ilə toyundan danışdı

20 İyul 2017 18:05

Cənubi azərbaycanlı məşhur müğənni İrəvanda konsert verəcək - FOTO

20 İyul 2017 18:03

Kiyevdə axtarışda olan Azərbaycan vətəndaşı 20 güllə yarasından həlak olub

20 İyul 2017 18:02

"WhatsApp"-dan növbəti

20 İyul 2017 17:59

İƏT donor ölkə kimi Azərbaycanın təşkilata üzv olan ölkələrdə fəaliyyətini təqdir edib

20 İyul 2017 17:57

""Milan"dan gələn bu fikirlər bizə qarşı hörmətsizlikdir"

20 İyul 2017 17:57

Bu vitamin çatışmazlığı körpələrdə ciddi xəstəliyə səbəb olur

20 İyul 2017 17:54

Rusiyadan Qarabağda MÜHARİBƏ XƏBƏRDARLIĞI: “Azərbaycan sürətli hücuma keçəcək və...”

20 İyul 2017 17:53

Ərinə “işinlə məşğul ol” dedi və ... – Bir qətlin TƏFƏRRÜATI

20 İyul 2017 17:52

Berlində QORXULU ANLAR: hava limanı boşaldılır

20 İyul 2017 17:52

Salyan sakinini canavar yedi

20 İyul 2017 17:50

Dindarların məhkəməsində DAVA - Hakimə ayaqqabı atdılar

20 İyul 2017 17:48

Lerik sakini kəsdiyi ağacın altında qalaraq ölüb

20 İyul 2017 17:47

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində nəzarət auditi keçirilib

20 İyul 2017 17:47

Ququş Ermənistana gedir

20 İyul 2017 17:47