Yeni ixtira: smartfonun köməyi ilə əcadlarınızı tapın!

Yeni ixtira: smartfonun köməyi ilə əcadlarınızı tapın!
17:47 20 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Qazaxıstanlılar "Zheti Аta" yeni mobil proqramının köməyi ilə gənclərə 7 nəsil ağacını və ya öz şəcərəsini tapmağı təklif edir.

"Zheti Аta" köməyi ilə qeydə alınmış istifadəçilərin uzaq qohumlar ilə ünsiyyət saxlaması mümkündür. Milli.Az publika.az-a istinadən bildirir ki, proqramı Nazarbayev Universitetinin məzunu Asan Toleyev başda olmaqla, komandası ilə birlikdə hazırlayıb. Onun sözlərinə görə, smartfon sahibləri 7 arxa ulu babaları haqqında məlumatları doldurduqda xal qazanır. Hələlik daha çox arqınlar barədə məlumat toplanılıb, həmçinin reytinqin liderləri arasında nayman və dulatlar da var.

"Hamıya məlumdur ki, qazaxlar əsrlər boyu tarixi qoruyub saxlamağa və onu sonrakı nəsillərə ötürməyə çalışıblar. Ona görə də bu gün bir çox ailə yeddinci nəsil şəcərəsi və öz ulu babaları barədə məlumatlıdır. Hətta bəziləri nəsil şəcərəsini yadda saxlamaq üçün dəftərdə öz qeydlərini aparırdı. Amma qohumları onlayn rejimdə axtarmaq üçün heç vaxt xüsusi bir alət, cihaz olmayıb", - deyə Asan Toleyev bu barədə öz feysbuk səhifəsində status yazıb.

Məlumat üçün bildirək ki, insanların nəsil bağlılığını əks etdirən cədvələ şəcərə deyilir. Keçmişdə bu cədvəllər ağac şəklində, kökü və budaqları göstərilməklə çəkilirdi, ona görə bunu şəcərə adlandırırdılar. Elmi dildə bunun adı qneseoloji cədvəldir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/491254.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR