"Türk ordusu indiyə qədər Hələbdə tək güllə də atmayıb, bunu isbat etməyən şərəfsizdir"
"Qalileyə qarşı çıxılması dünyanın öz oxu ətrafında dönməsi
gerçəyini dəyişdirmədi".
Publika.az xəbər verir ki, bunu NATO Parlamentar Assambleyasının
(PA) İstanbulda keçirilən 62-ci sessiyasında Ermənistandan olan
deputat Koruyn Nahapetyanın "erməni soyqırımı" barədə sualına cavab
verərkən Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu
generalı Hulusi Akar bildirib.
H. Akar erməni millət vəkilinin sualını tarixi həqiqətlərin
saxtalaşdırıla bilməyəcəyinə dair örnək verərək cavablandırıb:
"Qaliley dünyanın öz oxu ətrafında döndüyünü deyəndə ona
inanmadılar, ancaq bu, həqiqəti dəyişdirmədi. Bəhs etdiyiniz
"erməni soyqırımı"nın olmaması da bizim üçün o tarixi həqiqtələrdən
biridir. Siz bunu nə qədər gündəmə gətirsəniz də, tarixi həqiqət
dəyişməyəcək".
K. Nahapetyanın noyabrın 19-da Suriyanın Hələb şəhərində
Türkiyə-İŞİD terror təşkilatı əməkdaşlığı nəticəsində 5 nəfərin
ölməsi barədə iddiasına isə H. Akar sərt reaksiya verib: "Türk
ordusu indiyə qədər Hələbdə tək güllə də atmayıb. Bunu isbat
etməyən şərəfsizdir, isbat etsəniz, istefa verməyə hazıram.
Sözünüzü geri götürrməyinizi tələb edirəm".