Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Aktyordan etiraf: "Avtobusdan düşüb ağladım..." + fotolar

Aktyordan etiraf: "Avtobusdan düşüb ağladım..." + fotolar

Date: 20 November 2016 18:01

“Çoçuklar duymasın” serialından daha çox məşhurlaşan Ceyhun Fersoy verilişlərin birində maraqlı açıqlamalar verib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aktyor tanınmış olduğunu avtobusa minərkən başa düşüb.

“Çoçuklar duymasın” serialına çəkilən vaxtlar idi. Avtobusa minmişdim. Bir qadın mənə diqqətlə baxırdı. Dözməyib ondan niyə belə baxdığını soruşanda mənə bir aktyor kimi heyran olduğunu dedi. Avtobusdan düşən kimi ağladım. Bilmirdim ki, insanlar məni bu qədər sevir”, - deyə Ceyhun etiraf edib.

“Həyatda heç vaxt unutmayacağınız hadisə hansıdır”, - sualına Fersoy uşaq yaşlarında keçirdiyi avtomobil qəzası haqqında danışıb:

“12 yaşında avtomobil qəzasına düşdüm və dişlərimi sındırdım. 18 yaşına kimi taxma dişlərlə gəzirdim. Bir gün dərsdə müəllim məni lövhəyə çıxardı. Dərsi danışmaq istəyəndə taxma diş ağzımdan yerə düşdü və mən çox utandım. O hadisəni heç vaxt unutmaram”.




Tags:  Aktyordan etiraf Avtobusdan düşüb ağladım fotolar

RƏYLƏR


Top news