“Neftçi” uduzdu, "İnter" darmadağın etdi - VİDEO

“Neftçi” uduzdu, "İnter" darmadağın etdi - VİDEO
18:18 20 Noyabr 2016
97 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 12-ci tura yekun vurulub.

Publika.az xəbər verir ki, ikinci oyun günündə turnir cədvəlinin qonşu pillələrində qərarlaşan “Sumqayıt” və “Neftçi” üz-üzə gəlib. Görüş “Sumqayıt”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Samir Abasovun komandasının heyətində 3-cü dəqiqədə Amit Quluzadə və 75-ci dəqiqədə isə Mirabdulla Mirabbasov fərqləniblər.

Beləliklə, üç xal sayəsində “Sumqayıt” 13 xalla beşinci pilləyə yüksəlib. Elxan Abdullayevin komandası isə 9 xalla yeddinci yerdədir.

Turun son oyununda turnir cədvəlinin üçüncü pilləsində qərarlaşan “İnter” autsayder “AZAL”ı sınağa çəkib. Paytaxt derbisində sevinən tərəf meydan sahibləri olub - 3:0.

“İnter”in heyətində 22-ci dəqiqədə Ruslan Abışov, 56-da İlkin Qırtımov və 65-də isə Slavik Alxasov fərqləniblər.

Beləliklə, “İnter” üçüncü pillədəki yerini möhkəmləndirib, “Təyyarəçilər” isə 4 xalla sonuncu yerdə qərarlaşıblar.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/176667.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR