Misir prezidentini Həcc ziyarəti vaxtı öldürmək istəyiblər

Misir prezidentini Həcc ziyarəti vaxtı öldürmək istəyiblər
19:04 20 Noyabr 2016
65 Digər
Ölkə mətbuatı
A- A+

Misir təhlükəsizlik qüvvələri ölkə prezidenti Abdel Fəttah əl-Sisiyə qarşı iki sui-qəsd cəhdinin qarşısını alıb.

 

APA-nın “Al Watan” nəşrinə istinadən verdiyi məlumata görə,  bunu bu gün Misir baş prokuroru Nabil Sadek açıqlayıb.

 

Baş prokuror deyib ki, biri Səudiyyə Ərəbistanında olmaqla, iki terrorçu qrup Misir prezidentini öldürməyi planlaşdırıb. Sui-qəsd cəhdlərindən birinin əl-Sisinin Məkkədə ümrə (kiçik həcc) ziyarəti zamanı həyata keçirilməsi nəzərdə tutulub.

 

Misir Hərbi Prokurorluğunun istintaqını apardığı cinayət işi çərçivəsində onlarla insan saxlanılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260045

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR