Sağ adamın başını meyitə calamaq istəyirlər

Sağ adamın başını meyitə calamaq istəyirlər
19:12 20 Noyabr 2016
217 Maraqlı
Ölkə mətbuatı
A- A+

Dünyada başın transplantasiyası ilə bağlı ilk uğurlu əməliyyat keçiriləndən sonra, psixoloqlar bu mövzuda debatlara başlayıblar.

Söhbət, sağ insanın başını meyitə tikməkdən gedir. Artıq bir neçə belə bir əməliyyat keçirilmişdir. O cümlədən italiyalı alim Sercio Kanovero siçan və it üzərində bu təcrübələri etmişdir. Əməliyyatlar nisbətən uğurla başa çatmışdır. Kanaveronun artıq könüllü pasienti də var. Bu, rusiyalı Valeri Spiridonovdur. O, əlil arabasına məhkum olunmuş bir xəstədir.
 
Layihənin sponsoru olaraq, Facebook-un təsisçisi Mark Sukerberqin adı çəkilir.
 
Milli.Az deyerler.org-a istinadən bildirir ki, psixoloqlar qeyd ediblər ki, hər bir insanın individuallığı onun beyini ilə müəyyən olunur. Hətta bizim əzələ yaddaşımız basketbol və pianinoda oynamağa yardım edir. Psixoloqlar bu əməliyyatdan sonra insanların əvvəlki kimliyinə malik olmayacağı ilə bağlı həyacan təbili çalırlar. Psixoloqların sözlərinə görə, bəzi insanlar daha yaxşı bədən quruluşuna malik olmaq üçün də bu əməliyyatlara əl atacaqlar.
 
Əgər əməliyyat uğurla başa çatacaqsa, bu, fantastikanın reallaşması deməkdir. Belə ki, "Professor Douelin başı" elmi-fantastik əsərin əsas ideyası real təzahür tapmış olacaqdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/490711.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR