“Klassika yazıçı üçün daimi ehtiyacdır”

“Klassika yazıçı üçün daimi ehtiyacdır”
19:17 20 Noyabr 2016
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Elə oxucular vardır ki, klassik əsərlərə meyl edir, elə oxucular da var ki, daha çox çağdaş ədəbiyyatından olan əsərlərə üstünlük verirlər.

Milli.Az yeniavaz.az-a istinadən bildirir ki, hər bir mövzuda fərqli fikirlər ola bildiyi kimi, ədəbiyyatda da belə fərqliliklər var. Bəs yazıçılar hansı tip əsərlərə üstünlük verirlər?
Şəmil Sadiq (dil-ədəbiyyat üzrə fəlsəfə doktoru, yazıçı): "Mənim mütailəm həmişə üç istiqamətdə olur: elmi işimə xidmət edən, zövqümə uyğun və dost-tanışın məcburi şəkildə oxumağı tövsiyə etdiyi əsərləri. İkincini oxumaqda adətən çətinlik çəkirəm, çünkü birinci və üçüncüdən vaxt olmur. Hərdən olur ki, bunların arasında zövqümü oxşayan olur. Ümumiyyətlə tarixi, fəlsəfi, sehirli gerçəklik olan bədii əsərləri oxumağa üstünlük verirəm".
Şəmşad Ağa (şair): "Daha çox xarici yazıçıların əsərlərini oxuyuram" .
Qismət Rüstəmov (şair): " Mən tələbəlik illərində əlimə nə keçdi oxumuşam, lazımsız bir yığın kitab. İndi daha seçici davranıram. Amma fərq qoymuram, klassikləri də oxuyuram, çağdaş dünya və Azərbaycan ədəbiyyatını da... Son dövrlər daha çox çağdaş avropa ədəbiyyatını oxuyuram ".
Alpay Azər (yazıçı): "Yaşadığı dövrdən asılı olmayaraq, klassik hesab etdiyim yazıçıları oxumağa çalışıram. Sistemsiz oxuyuram, yəni dünya ədəbiyyatının klassik sayılan yazıçılarının bütün əsərlərini hələ də oxumamışam. Belə isə daha çox şəhər nəsrini sevirəm".
Rəbiqa Nazimqızı (şairə): "Hamısına üstünlük verirəm, bölümürəm, fərq qoymuram. Əsas odur, yaxşı mətn olsun".
Nəriman Əbdülrahmanlı (yazıçı): "Mənim üçün elə bir bölgü yoxdu. Diqqətimi çəkən, oxumaq istədiyim əsərləri mütaliə eləyirəm. Yaxşı əsərlərin zamanı və məkanı olmur. Xüsusilə öz yazıçılarımızın yaradıcılığını sistemli şəkildə izləməyə çalışıram".
Cəlil Cavanşir (şair): "Mən son vaxtlar sistemli mütaliə edə bilmədiyim üçün əlimə nə keçirsə oxuyuram. Hazırda paralel olaraq Varisin "Yetmiş yeddinci gün " romanını, Tanpınarın "Beş şəhər" kitabını oxuyuram. Amma mümkün olduqca sistemli mütaliənin tərəfdarıyam. Adətən bir ayımı klassiklərə və ya konkret hansısa yazıçıya həsr etməyi sevirəm. Yerli müəllifləri də imkan olduqca izləyirəm. Ümumiyyətlə müasir ədəbi prosesləri izləməyə çalışıram. Klassika daimi ehtiyacdır yazıçı üçün" .
Şərif Ağayar (yazıçı): "Çağdaş yazıçılara daha çox üstünlük verirəm. Klassikadan nəsə oxuyuramsa, mütaliə yox, səhv düzəltmək, borcu ödəmək sayıram. Çağdaş yazıçıları izləmək isə hər şeydən əvvəl işdir mənim üçün. Bu yaxınlarda Salman Rüşdinin, Varqas Lyosanın, Mustafa Mənsurun, klassik müasirimiz Vladimir Nabokovun romanlarını oxumuşam. Yerli müəllifləri də mütəmadi izləyirəm. Sonuncu dəfə Aysel Əlizadənin, Mübariz Cəfərlinin romanlarını oxumuşam. Hekayə, məqalə, esse və köşələri saymıram. Bunu heç mütaliə də hesab etmirəm, açığı. Gündəlik iş hesab edirəm".
Mətləb Ağa (şair): "Ədəbi zövqümə uyğun gələn bütün yazıçıları dövr və ölkəsindən asılı olmayaraq oxuyuram. Hesab edirəmsə ki, bu yazıçını oxumağım dünyagörüşümə faydalı ola bilər, nəsə öyrənə bilərəm, oxuyuram".
Səfər Alışarlı (yazıçı): "Yerli ədəbiyyatdan son dəfə oxuduqlarım, gərək ki, Şərif Ağayarın və Kəramət Böyükçölün romanlarıdır. "Gülüstan" və "Çöl" xoşuma gəldi. Onlardan öncə Etimad Başkeçidin "Min yol mənə söylər..." romanını oxudum müasir nəsrin nailiyyəti kimi bəyəndim. Rusların müasir ədəbiyyatından daim nəsə oxuyuram. Dmitri Bıkov, Tatyana Tolstaya mənim üçün maraqlı müəlliflərdir, onların əsərlərindən əlimə nə keçsə oxuyuram. Daimi oxuduğum müəlliflərdən biri Karlos Kastanedadır, onu bir oxunuşla sonadək anlamaq olmur. Andrey Platonovu, Yuri Kazakovu, Mixail Bulqakovu oxumağı çox sevirəm. Açığı, əsaslı mütaliəyə vaxtım çatmır".
Orxan Bahadırsoy (gənc şair): "Dünya ədəbiyyatında Markiz de Sad, Marsel Prust, Çarlz Bukovskiyə üstünlük verirəm. Öz ədəbiyyatımızda Məmməd Səid Ordubadi, İsmayıl Şıxlı, Əlibala Hacızadə, Salam Qədirzadə, dramaturqlardan, heç şübhəsiz, Şekspir, Şiller, Cəfər Cabbarlı və Hüseyn Cavid sevdiyim ədiblərdəndir".

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Bakıda yolu keçmək istəyən piyadanı maşın vurub

26 Aprel 2017 04:32

İsraildə penthaus - FOTO

26 Aprel 2017 04:32

Qədimdən gələn ənənə – Hədik mərasimi - VİDEO

26 Aprel 2017 04:03

Erməni rus əsgərə 8 bıçaq zərbəsi endiribmiş

26 Aprel 2017 03:59

Yasamal qəbiristanlığında gənc oğlan bıçaqlanıb

26 Aprel 2017 03:57

Dükanların sulu boyalı rəsmlərir - FOTO

26 Aprel 2017 03:32

Donald Tramp rekord qırdı -

26 Aprel 2017 03:32

Kəpənəklər sayəsində zibilliklər təmizlənə bilər

26 Aprel 2017 03:18

Fransada terakt hazırlayan daha 5 şəxs tutuldu

26 Aprel 2017 03:14

Baş nazir "terrorizm" sözüylə "turizm" sözünü səhv saldı

26 Aprel 2017 03:03

Tramp ABŞ-ın Məxfi Xidmətinə yeni rəhbər təyin edib

26 Aprel 2017 02:57

Britaniyanın baş naziri "terrorizm"lə "turizm"i səhv salıb

26 Aprel 2017 02:52

Avtobus maralla toqquşdu, 15 yaralı

26 Aprel 2017 02:49

Bakıda mənzildən meyit tapıldı

26 Aprel 2017 02:43

Dalğavari damlı ev - FOTO

26 Aprel 2017 02:32

Rəcəb Tayyib Ərdoğan:

26 Aprel 2017 02:25

Ərdoğan: “Türkiyə Aİ-yə üzvlüklə bağlı mövqeyini dəyişə bilər”

26 Aprel 2017 02:18

Ərdoğandan Aİ-yə xəbərdarlıq

26 Aprel 2017 02:14

Azərbaycanda oğurlanıb zorlanan müəllimə iş veriləcək

26 Aprel 2017 01:45

ABŞ-da məktəbli avtobusu qəzaya uğrayıb, 15 nəfər yaralanıb

26 Aprel 2017 01:42

DGK məlumat yaydı

26 Aprel 2017 01:33

Naxışlı mətbəx əşyaları - FOTO

26 Aprel 2017 01:32

Premyer Liqa:

26 Aprel 2017 01:27

Soydaşlarımız Moskvada ağacəkmə aksiyası keçirdi

26 Aprel 2017 01:24

İraqda 260 min dinc sakin İŞİD-in əsirliyindən xilas edilib

26 Aprel 2017 01:22

Ən qısa müddətdə ABŞ-Meksika sərhədi hasarlanacaq -

26 Aprel 2017 01:16

Tullantı taxta parçalarından görün nə yaratdı - FOTOLAR

26 Aprel 2017 01:13

Tramp: "Meksika sərhədində divar tezliklə tikiləcək"

26 Aprel 2017 00:59

Boliviyada qolkiper öz qapısından rəqib komandaya qol vurub

26 Aprel 2017 00:57

DƏHŞƏTLİ KADR: Yeni doğulan körpəni küçəyə atıb qaçdı - VİDEO

26 Aprel 2017 00:53

Sankt-Peterburq terrorunun təşkilatçıları

26 Aprel 2017 00:46

“İçerde” sevənlərə üzücü xəbər

26 Aprel 2017 00:43

76 yaşlı kişidən İNANILMAZ FİTNES SİRLƏRİ - FOTO/VİDEO

26 Aprel 2017 00:38

Trampdan YENİ TƏYİNAT

26 Aprel 2017 00:33

Suriayda xəstəxanaya hücum edilib -

26 Aprel 2017 00:30

"Kreml Əsədə qarşı mövqeyini dəyişib"

26 Aprel 2017 00:29

Röya yataqda, pijama ilə...

26 Aprel 2017 00:22

Donald Tramp:

26 Aprel 2017 00:13

Azərbaycanda oğurlanıb zorlanan müəllimə iş veriləcək

26 Aprel 2017 00:05

Hər kim dünyanı dinə və dini dünyaya görə tərk edərsə, İslam yolunda olmaz

26 Aprel 2017 00:05

Şəbnəm Tovuzlunun ərinin görüntüləri - FOTO

26 Aprel 2017 00:05

Çimərlikdə pozalar verdi - FOTO

26 Aprel 2017 00:05

Günün qoroskopu: planlarınızı kimsə ilə bölüşməyin

26 Aprel 2017 00:05

Kişilərin seksdən sonra yatma səbəbləri...

26 Aprel 2017 00:05

Astroloji proqnoz - 26 aprel

26 Aprel 2017 00:03

Kiyevdə Azərbaycan-Ukrayna münasibətləri barədə elmi toplu çapdan çıxıb

26 Aprel 2017 00:02

Azərbaycanda doğuş zamanı daha bir faciə

25 Aprel 2017 23:57

Rusiyadan rublla bağlı QƏRAR

25 Aprel 2017 23:53

Atasının imtina etdiyi Fransa prezidentliyinə namizəd – Marin Le Penin qalmaqallı HƏYAT YOLU

25 Aprel 2017 23:52

Böyük Britaniya Rusiyaya nüvə zərbəsi endirə bilər

25 Aprel 2017 23:52