Misir prezidentinə qarşı iki sui-qəsd cəhdinin qarşısı alındı

Misir prezidentinə qarşı iki sui-qəsd cəhdinin qarşısı alındı
19:17 20 Noyabr 2016
104 Dünya
Ölkə mətbuatı
A- A+

Misir təhlükəsizlik qüvvələri ölkə prezidenti Abdel Fəttah əl-Sisiyə qarşı iki sui-qəsd cəhdinin qarşısını alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Misir baş prokuroru Nabil Sadek açıqlayıb.
 
Baş prokuror deyib ki, biri Səudiyyə Ərəbistanında olmaqla, iki terrorçu qrup Misir prezidentini öldürməyi planlaşdırıb. Sui-qəsd cəhdlərindən birinin əl-Sisinin Məkkədə ümrə (kiçik həcc) ziyarəti zamanı həyata keçirilməsi nəzərdə tutulub.
 
Misir Hərbi Prokurorluğunun istintaqını apardığı cinayət işi çərçivəsində onlarla insan saxlanılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/491267.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR