Bir səs gəlir uzaqlardan...

Bir səs gəlir uzaqlardan...
19:47 20 Noyabr 2016
93 Ölkə
Ölkə mətbuatı
A- A+

Bir səs gəlir uzaqlardan, kimsə həzin, kövrək bir səslə oxuyur. Səs o qədər kövrək, o qədər yanğılıdır ki, elə bil, tarixin dibindən, dağların o üzündən gəlir. O səsin içindəki duyğu bir qıza olan sevginin yanğısıdırmı, ya dünyanın gərdişindən güleymi, hər kəs öz dərdinə uyğun olanı anlayır:
Telli durnam, salam söylə,
sevdiyimin diyarına,
Üzülməsin, ağlamasın,
bəlkə gəlirəm yarına.
***
Milli.Az yeniavaz.az-a istinadən bildirir ki, məhbəs pəncərəsindənmi dalğa-dalğa yüksəlir bu səs, uca-uca dağların, sal daşları axıran gursulu çayların, gülüstan bağların o üzündənmi, bilmirəm. Bəlkə yüz il əvvəl ölüb getmiş bir aşiqin havada qalmış səsidir, bilmirəm. Ya sevdiyini qara torpağa verib, ölüm adlı yolçuluğu həsrətlə gözləyən bir aşiqin ağısıdırmı, onu da bilmirəm... Bircə onu bilirəm ki, dərdi dərdimə, odu oduma yaman oxşayır.
***
Telli durna kimə salam söyləsin?- Əlbəttə, sevdiyimə, gecə-gündüz xəyalı, həsrəti ilə yaşadığıma, yandığıma.
Kimdir o xəyalı ilə yandığın, yaşadığın? - Bilmirəm, bəlkə də heç kim deyil, nədir.
***
Uşaq vaxtı göy üzündə durnaların düzümünü seyr eləməyi çox sevirdim. Özü də gözdən itənə kimi başımı endirmədən baxırdım. Mənə elə gəlirdi ki, o üçbucaq durna qatarı mənim haradasa qoyub gəldiyim bir nağıllar diyarından havalanıb gəlir. O durna qatarı əslində bir mahnı kimi oxunub keçirdi başımın üstündən. İllər sonra anladım ki, o durnalar "min bir gecə nağılları"nın içindən qopub gəlir, ağlım kəsəndən heyran olduğum "ninnə yarım"in yurdundan gəlir. Elə o zamandan bəri harada durna səsi eşitsəm, elə bilirəm ki, Nərminə ilə Sinan Səiddir.
***
Mövlananın məhşur bir söhbəti yada düşdü yenə, Məcnula dəvənin söhbəti. Deyirlər ki, Məcnun dəvəyə minib səhraya üz tutur ki, orada Leyli ilə görüşsün. Amma dəvənin də qapıda üç-beş günlük balası varmış. Dəvə qapıdan çıxmağına çüxür, amma iki-üç döngə o tərəfdən dönüb qapıya, balasının yanına qayıdır. Bütün xəyalı Leylinin yanında olan Məcnun bir də ayılır ki, qapıdadır. Bir dəfə belə, iki dəfə belə, axırda Məcnun dəvədən enir: "Ey Allahın heyvanı, sənin bu bala sevgin, mənim də Leyli kimi bir sevdam varkən, bizim yoldaşlığımız tutmaz", - deyir və payi-piyada səhranın yolunu tutur.
***
Hər kəsin bir sevgisi, bir sevdası var. Hər könlün ən uca yerinə bir ad yazılar: Kiminə qaraqaş, qaragöz bir qız; kiminə məqam; kiminə dünya malı; kiminə Allah və Rəsulu.
Kim kimin, ya nəyin aşiqidirsə, o yolun yolçusudur; kim səadətini harada axtarırsa, o ünvanın köləsidir...
***
Kimi dünya heyranı, kimi Allah aşiqi Adəm oğlunun. Allah aşiqi olmaq, Allahı sevə bilmək özü elə Allahın bəndəyə ən böyük mərhəmətidir.
Müjdəyə baxın, təsəllisi içindən fışqırır: Axirətdə hər kəs sevdikləri ilə birlikdə olacaq. Yəni sən Allahı sevsən, Rəsulunu sevsən, Axirətdə Allah və Rəsulu ilə bir yerdə olacaqsan. Demək ən böyük səadət Allahı sevə bilməkdir. Əgər o sevgi sənin qəlbinə, ruhuna qoyulmayıbsa, o səadəti səndən əsirgəyibsə, onda necə?- Hər halda yalandan "Mən Allah aşiqiyəm" demək insana bir şey qazandırmaz. Demək qulun Allahı sevməsi Allahın qula ən böyük lütfüdür.
***
Allah-Təala var-dövləti istədiyinə, elmi istəyənə verər. Allah sevgisi bir tərəfdən ən böyük sərvət, bir tərəfdən də ən böyük elmdir. Hansı qapıdan girsən, niyyətinə görə bir ünvana yetişərsən.
***
Hər kəsin sevgisi, sevdası gerçək yoludur. Hər səhər səni işə aparıb-gətirən yol deyil ki, adicə torpaq parçasıdır. Yol odur ki, sən ondan keçdiyin kimi o da səndən keçir, içində iz buraxib, ruhunda fırtınalar qoparır.
***
Leylinin yolu Məcnuna, Fərhadın yolu Şirinə qədərdi. Məcnun Leylinin qurbanı, Leyli də Məcnunun qurbanı oldu. Qurban olmaq - sevdiyinin uğrunda ölməkdir. Bəlkə də intiharsız-filansız, uzun bir ömür yaşayıb ölməkdir.
Leylinin Məcnundan, Şirinin Fərhaddan qeyri bir təmənnası olmadı bu dünyada.
***
"Faniyəm, fani olanı istəməm". Bu da könlünü dünyanın hər cür naz-nemətinə qapayıb, əlində-ovcundakı bütün əmanətləri zədələmədən, bir zərrəsini belə itirib-batırmadan, fani ünvanlara sərf etmədən əmanətin gerçək Sahibinə təslim edən uca bir ruh adamının həyat düsturu. "Faniyəm, fani olanı istəməm..." Fani öz faniliyindən Baqiyə (əbədiyə, yəni Allaha) qovuşaraq qurtula bilər.
***
Fanilikdən qurtuluş iradənin, ağlının və nişanının gücünü səfərbər edərək səni faniyə bağlayan hər cür meyldən, istəkdən, nəfsdən imtina ilə mümkündür. Leylini sevənlərin dastanı dillərdə dolaşır, amma hər cür leylilərə gözlərini yumub bütün ruhu ilə Allaha açılanları tanımaq, anlamaq o qədər də asan olmur. Nəfs var, nəfs! Nəfs deyilən bir dəyirman daşı var boynumuzda.
***
Mövlana deyir ki, şəkər suda əriyən kimi əriyib qovuşmaq gərək Rəbbə. Sən özündə özündən bir şey saxlamadan təslim olursan, özündən imtina edirsən, içini tərtəmiz boşaldıb, Onun üçün hazırlayırsan, Onun sevdası ilə doldurmaq üçün yorulmadan, usanmadan çırpınırsan və bir gün görürsən ki, könül taxtının Sultanı öz Məqamındadır. Dünyalara sığmayan Allah sevdiyi qulunun qəlbinə sığar. İnsan qəlbi dünyalardan geniş imiş.
***
Qul üçün ən sərfəli bazarlıq Allahla bazarlıqdır, verdiyi əmanəti Onun özünə sata bilməkdir. Hələ gözündə işıq, dizində təpər, dilində sözün, getməyə yolun varkən hər şeyini Ona nəzir-niyaz eləmək Qurban olmaqdır. Ona qurban olan bu dünyaya Onun əmanətidir, öldükdən sonra da dünya məhbəsindən qurtulduğuna sevinəcək.
***
Həzrəti İbrahim oğlu İsmayılı qurban elədi, İmranın xanımı Xanna bətnindəki Məryəmi Ona qurban dedi, Allah-Təala bu qurbanları bərəkətləndirib qurban deyənlərə ərməğan elədi. Qurban ola bilmək bərəkətlənməkdir.
***
Hər kəs bir sevdanın yolçusu, hər kəs bir ünvanın köləsidir. Sevən sevdiyini canından çox sevmədikcə aşiq sayılmaz:
Aşiq oldur kim, edir canın
fəda cananına,
Meyli-canan etməsin, hər kim ki,
qıymaz canına.
Dədə Füzuli deyir ki, yolunda ölməyə sevdan yetməyəcəksə, heç o sevdiyinin adını da tutma, bir ömür baş girlə, sevmək sevdiyinin uğrunda canını fəda edə bilməkdir. Və misilsiz bir müjdə: Hər kəs axirətdə sevdikləri ilə birlikdə olacaq. Sən kimi sevirsənsə, qismətin də odur. Sevmək də bir cür duadır.
***
Bir səs gəlir uzaqlardan. Hamımızı çağırır o səs. Eşidənimiz var, eşitməyənimiz var, eşidib anlayanımız var, anlamayanımız var, anlayıb yaşayanımız var, yaşamayanlarımız var...
Bəlkə də heç bu dünyada elə bir səs yoxdur, o səs sənin öz içindən gəlir, ürəyinin dərinliyindən pərvazlanır:
Telli durnam salam söylə...
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Yunanıstanda yenə zəlzələ oldu

23 İyul 2017 00:29

BMT-nin Təhlükəsizlik Şurası Qüdsə görə təcili toplantı keçirəcək

23 İyul 2017 00:27

Əfqanıstanda Taliban silahlıları azı 70 nəfəri əsir götürüblər, 7 nəfər öldürülüb

23 İyul 2017 00:26

24 il Ağdamsız...

23 İyul 2017 00:17

Cəlilabadda qəza törədən maşın yanacaqdoldurma məntəqəsinə çırpılıb

23 İyul 2017 00:12

Astroloji proqnoz - 23 iyul

23 İyul 2017 00:08

Bella Venesiya küçələrini dolaşdı - FOTO

23 İyul 2017 00:05

Günün qoroskopu: maraqlı təfərrüatlar öyrənə bilərsiniz

23 İyul 2017 00:05

Ağdamın işğalından 24 il ötür

23 İyul 2017 00:02

Sumqayıtda binada yanğın, 8 sakin təxliyə olundu

22 İyul 2017 23:59

Həyat yoldaşı, qardaşı və anasını qətlə yetirdikdən sonra özünü güllələdi -

22 İyul 2017 23:56

Misirdə Yaxın Şərqin və Afrikanın ən böyük hərbi bazası açılıb

22 İyul 2017 23:52

İran yeni raketlərin istehsalına başlayıb

22 İyul 2017 23:52

17 yaşlı tələbə intim münasibətdən imtina edən qadının 1 aylıq körpəsini öldürdü

22 İyul 2017 23:48

Milli üzvü baxdı, komandası qola həsrət qaldı

22 İyul 2017 23:47

Halitoz-ağızdan pis qoxunun gəlməsi

22 İyul 2017 23:47

Yövmüş-şəkk nədir?

22 İyul 2017 23:42

Donald Trampın şəxsi vəkili istefa verdi

22 İyul 2017 23:42

Ən gözəl baldırlı qadın seçildi - FOTO

22 İyul 2017 23:32

İsmayıllıda bələdiyyəyə məxsus ərazidə yanğı

22 İyul 2017 23:28

İran “Sayad-3” raketlərinin istehsalına başladı

22 İyul 2017 23:24

Nəfslə mübarizənin əhəmiyyəti

22 İyul 2017 23:22

“Şerif” Bakıya xal itkisi ilə gəlir

22 İyul 2017 23:22

Sərnişin avtobusunda dəhşət -

22 İyul 2017 23:19

Göbələk zəhərlənmələri və müalicəsi

22 İyul 2017 23:17

Məşhurların sellülitli halları - FOTO

22 İyul 2017 23:17

Röya konsert verəcək

22 İyul 2017 23:12

Yayın ən dəbli çantaları - FOTO

22 İyul 2017 23:12

Antibiotiklərin orqanizmdə rolu

22 İyul 2017 23:12

Alişan əsəbiləşdi: "İstədiyi kimi öpüşər, sevişər..."

22 İyul 2017 23:12

Gənc model erotik sessiyaya çəkildi - FOTO

22 İyul 2017 23:05

İsmayıllıda “Belarus” yanıb

22 İyul 2017 23:05

Xəzərdə batan xilas edilib

22 İyul 2017 23:05

İranda güclü yanğın -

22 İyul 2017 22:51

Taliblər 70 dinc sakini girov götürdü

22 İyul 2017 22:49

Diet saxlamaq istəyənlərə 10 detoks çayı

22 İyul 2017 22:47

Qocalmaq istəmirsinizsə AYAQLARINIZA GÜC VERİN

22 İyul 2017 22:42

Nahar vaxtı oxunan dualar haqqında

22 İyul 2017 22:42

Atıcılıq üzrə Avropa çempionatının təntənəli açılış mərasimi - FOTO

22 İyul 2017 22:38

Bodrum sahillərində daha iki zəlzələ olub

22 İyul 2017 22:37

Məşhur futbolçunun sabiq məşuqəsi: "O, məni yenidən sevir" - FOTO

22 İyul 2017 22:32

İranda azərbaycanlı hüquq müdafiəçisi həbs edilib

22 İyul 2017 22:27

İnsan üzlü keçi dünyaya gəldi

22 İyul 2017 22:24

Ölümə fəlsəfi baxış

22 İyul 2017 22:22

Qətər Körfəz ölkələrini böhranın həllinə çağırır

22 İyul 2017 22:19

Roma şəhərində içməli su böhranı yaşana bilər

22 İyul 2017 22:17

Orqanizmdə A vitamini çatışmazlığı

22 İyul 2017 22:17

“Belarus” qoşqu və otla birlikdə yandı

22 İyul 2017 22:14

Şəfaverici gücü olan 5 QOXU

22 İyul 2017 22:12

İrsi xəstəliklər barədə məlumat

22 İyul 2017 22:12