Kadırov Moskva ilə büdcə davasına çıxıb

Kadırov Moskva ilə büdcə davasına çıxıb
20:12 20 Noyabr 2016
106 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Maliyyə naziri Anton Siluanov bir neçə gün öncə Rusiyanın 2017-2019-cu illər üzrə büdcə layihəsində ölkənin sosial xərclərinə yenidən baxıla biləcəyini bildirib.

Milli.Az azadliq.org-a istinadən bildirir ki, amma Çeçenistan rəhbəri Ramzan Kadırov Moskvanın təklif etdiyi büdcəni "Çeçenistan Respublikasından ötrü qəbuledilməz" sayıb. O deyib ki, respublika "yenicə ayaqları üzərində dayanır", Çeçenistan federal ölkənin digər respublikaları kimi eyni maliyyə məhdudiyyəti ilə üzləşə bilməz.

Kadırov bir çox problemləri olduğunu vurğulayıb və misal kimi, Çeçenistanda məktəb çatışmazlığını göstərib. O deyib ki, məktəb binası çatışmadığından uşaqlar üçnövbəli oxumağa məcburdur. Kadırovun fikrincə, Çeçenistanda əsas iqtisadi baza inkişaf etdirməlidir.

ARQUMENTLƏRİ ZƏİFLƏDƏN SƏBƏBLƏR

Amma onun bu arqumentlərini zəiflədən bir neçə amil var:

Birincisi, Kadırovun rəhbər olduğu 12 ildə Qroznı və digər böyük şəhərlər yenidən qurulub və infrastruktura böyük həcmli investisiya yatırılıb. Kadırov bu ilin martında Çeçenistan hökumətinin yığıncağında vurğulayıb ki, respublika müharibədən sonra inkişaf dövrünə görə regionda liderlərdən biridir.

Vladimir Putin və Ramzan Kadyrov, 25 mart 2016

Avqustda Kadırov Rusiya prezidenti Vladimir Putinə bildirib ki, bu ilin ilk 6 ayında sənaye istehsalı 11,6 faiz, kənd təsərrüfatı məhsuldarlığı 7,4 faiz artıb.

İkincisi, məktəb çatışmazlığının səbəbi başqadır, axı, Çeçenistan doğum səviyyəsinə görə Rusiya Federasiyasında öndə gedir. Məktəblə bağlı eyni problem İnquşetiya və Dağıstanda da məhz eyni səbəbdən mövcuddur.

Kadırov nə hökumətin iclasında, nə də "İnterfaks" informasiya agentliyinə müsahibəsində 2016-cı illə müqayisədə 2017-ci ildə kəsiləcək büdcə xərclərini göstərib.

"ÇEÇENİSTAN UZUN İLLƏR XÜSUSİ İMTİYAZ DAŞIYIB"

Ancaq Sosial Siyasət Müstəqil İnstitutunun iqtisadçısı Natalya Zubareviç yada salır ki, Çeçenistan uzun illər federal büdcədən xüsusi imtiyazla maliyyələşdirilib. Məsələn, bu ilin ilk yarısında bəzi regionlar federasiya büdcəsindən 12 faiz az subsidiya aldığı, onlardan 68-nin büdcəsi kəsildiyi halda, Çeçenistan 2015-ci illə müqayisədə 14 faiz daha çox büdcə alıb.

2015-ci ildə Çeçenistan büdcəsinin 81 faizini federal büdcənin subsidiyası təşkil edib.

Foto: arxiv

Kadırov təklif edib ki, Çeçenistanın kəsilən büdcəsindəki xərclər başqa mənbədən maliyyələşdirilsin. O, başqa mənbə kimi Çeçenistanın İqtisadi və Sosial Sahənin Bərpası Federal Proqramını göstərir. 2002-ci ildə başlayan bu proqram effektsizlik ucbatından 2007-ci ildə dayandırılıb.

MOSKVA SUSUR

Moskva Çeçenistana əlahiddə yanaşacağını və Kadyrov-un daha çox pul tələbini qarşılayacağına heç bir işarə verməyib. Putinin mətbuat katibi Dmitri Peskov bu məsələ ilə bağlı sualların cavabında bildirib ki, büdcə müzakirələri Dövlət Dumasında ardıcıl aparılacaq və xərclərə "yalnız bir regionun maraqlarından yox", bütün ölkə üzrə baxılacaq.

Ekspertlərin fikrincə, Moskva iki səbəbdən Çeçenistanın subsidiyasını kəsməyə qərar verib.

Birinci səbəb respublikanın neft saflaşdırılması və neft kimyası sənayesinə nəzarət edən Çeçennefteximrom şirkətinin gəlirlərindən verginin artacağıdır. İkinci səbəb odur ki, ölkə əhalisi rəsmi göstəriləndən azdır. Rəsmi rəqəmə görə, Çeçenistanın əhalisi 1,3 milyondur, ancaq güman edilir ki, 180 minə yaxın çeçen Avropaya, Türkiyə və Yaxın Şərqə miqrasiya edib.

Qroznı şəhəri, Kadyrov prospekti, Aprel 2012

Putinin Şimali Qafqaz üzrə Dövlət Proqramını mümkün qədər maliyyələşdirilməsini tapşırmasına baxmayaraq, layihənin büdcəsi kəsilə-kəsilə gedir. 2017-ci ilin proqram büdcəsi ötən ay 491 milyon dollar, indi isə 212 milyon dollara endirilib. Ancaq Şimali Qafqaz üzrə nazir Lev Kuznetsov bildirib ki, proqramın əsas hədəfi respublikaların vergi bazasını artırmaqdan ötrü investisiya cəlb edilməsidir, nəinki sosial, təhsil və səhiyyə problemlərin həllidir. Və bu layihə gələn il kəsilən büdcə xərclərini kompensasiya etmir.

Bununla belə, Kadırov, hökumətinin büdcə layihəsi ilə bağlı düzəlişlərini parlamentin müzakirəsinə təqdim edib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Hər gün bir diş sarmısaq yesəniz...

17 Avqust 2017 10:17

Pərvin Abıyeva qaydaları pozdu, təhqir etdi: “Sponsorumun barmağı girsin sənin…” - VİDEO

17 Avqust 2017 10:13

Qızıl bahalaşdı

17 Avqust 2017 10:09

"Barselona" Arda Turanın qiymətini açıqladı

17 Avqust 2017 10:07

Deputat xaricdəki azərbaycanlılara səsləndi - "Qarabağ" üçün

17 Avqust 2017 10:07

Bakıda qadın həmcinsini xəstəxanalıq etdi

17 Avqust 2017 10:04

“Gedirəm, üzümdə həsrət naxışı…” – İlhamə Quliyevanın doğum günüdür

17 Avqust 2017 10:03

Prokuror "Qala BTX" MMC-nin keçmiş əməkdaşlarına ümumilikdə 493 il cəza istəyib

17 Avqust 2017 10:02

Azərbaycan nefti bahalaşdı

17 Avqust 2017 09:58

Naxçıvan əhalisinin sayı açıqlanıb

17 Avqust 2017 09:57

AMEA-nın magistraturasına qəbul olanların nəzərinə!

17 Avqust 2017 09:54

Bakının mərkəzi küçəsində QORXUNC ANLAR: 45 yaşlı qadın huşunu itirdi və ...

17 Avqust 2017 09:53

Çində leysan nəticəsində 750 mindən çox insana ziyan dəyib

17 Avqust 2017 09:52

CƏBHƏDƏN XƏBƏR VAR

17 Avqust 2017 09:49

Məşhur müğənni səhnədə növbəti dəfə BİABIR OLDU - FOTO

17 Avqust 2017 09:48

Kopenhagendə "Qarabağ"ı izləmək neçəyə başa gələcək? (QİYMƏTLƏR)

17 Avqust 2017 09:47

Atatürkün portreti silinir - 35 il sonra

17 Avqust 2017 09:43

Türkiyədə zəlzələ: 17 min ölü, 44 min yaralı

17 Avqust 2017 09:38

Azərbaycan nefti 1% bahalaşıb

17 Avqust 2017 09:37

"Neftçi"nin keçmiş hücumçusu Malta klubu ilə müqavilə bağlayıb

17 Avqust 2017 09:37

Bakıda 32 yaşlı kişi özünü asaraq intihar edib

17 Avqust 2017 09:37

Atəşkəs ötən gecə də pozuldu - 100 dəfədən çox

17 Avqust 2017 09:34

VALYUTA MƏZƏNNƏLƏRİ

17 Avqust 2017 09:33

"Dünyanın ən gözəli" bu şəhər seçildi - FOTO

17 Avqust 2017 09:29

Atəşkəs iriçaplı pulemyotlarla pozuldu

17 Avqust 2017 09:28

Ermənilər atəşkəs rejimini 117 dəfə pozublar

17 Avqust 2017 09:27

"Azercell" abunəçilərini xəbərdar edib

17 Avqust 2017 09:27

Bakıda kafe yandı

17 Avqust 2017 09:27

Naft bahalaşdı

17 Avqust 2017 09:23

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (17.08.2017)

17 Avqust 2017 09:22

Paytaxtın şimal hissəsi yanır - VİDEO

17 Avqust 2017 09:18

“Barselona” yenə “Real”la bacarmadı - VİDEO

17 Avqust 2017 09:17

Millət vəkili: "Kim istəyirsə, qonaqlıq verə bilərəm"

17 Avqust 2017 09:17

Xarici valyutaların manata qarşı məzənnələri

17 Avqust 2017 09:16

Bu ərazilərdə EV TİKMƏYİN - XƏBƏRDARLIQ

17 Avqust 2017 09:13

Samuxda zəlzələ olub

17 Avqust 2017 09:05

Samuxda ZƏLZƏLƏ

17 Avqust 2017 09:03

Venesuelada həbsxanada toqquşma - 35 ölü

17 Avqust 2017 09:03

Britaniyanın baş naziri Trampı tənqid edib

17 Avqust 2017 08:52

Model Didem Soydanın cəsarətli fotosu minlərlə BƏYƏNMƏ ALDI

17 Avqust 2017 08:33

Şəmkirdə avtomobil piyadanı vurub

17 Avqust 2017 08:22

Gəlin köklə birlikdə qayınanasının nişan üzüyünü “çıxardı” – FOTO

17 Avqust 2017 08:03

İŞİD İraqda polis postuna hücum edib: ölənlər və yaralananlar var

17 Avqust 2017 08:02

ABŞ Çinlə “iqtisadi müharibə” vəziyyətindədir - Ağ ev rəsmisindən etiraf

17 Avqust 2017 07:44

Ronaldo beş oyunluq diskvalifikasiyanı şərh etdi

17 Avqust 2017 07:33

Avropa Liqasında “pley-off” mərhələsinin növbəti ilk oyunları keçiriləcək

17 Avqust 2017 07:12

Yumurta qalmaqalı Avropanı bürüyür

17 Avqust 2017 07:03

Avropa futbolunda ilk: oyunu qadın idarə edəcək

17 Avqust 2017 06:59

Qvatemalada cinayətkar qrup xəstəxanaya hücum edib: 7 ölü, 12 yaralı

17 Avqust 2017 06:47

Koalisiya qüvvələri Rəqqaya zərbələr endirib - 40 dinc sakin həlak olub

17 Avqust 2017 06:33