Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bəsirətlərini qılınclarına mindirmişdilər

Bəsirətlərini qılınclarına mindirmişdilər

Date: 20 November 2016 20:22

Aşura hadisəsi iki cəhətdən insanı düşünməyə vadar edir. Biri odur ki, Aşura insana dərslər verir. Aşura hadisəsi öyrədir ki, din üçün fədakarlıq etmək lazımdır. Quran yolunda insan hər bir şeyindən keçməlidir. Bizlərə öyrədir ki, döyüş meydanında haqq və batil, kiçik və böyük, qadın və kişi, qoca və cavan, İmam və rəiyyət bir cərgədə qərar tuturlar. Bizlərə öyrədir ki, düşmən cəbhəsi bütün zahiri güclərinə baxmayaraq, zərər görə biləndir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, insan bu dərslər vasitəsilə zillətdən izzətə çata bilər. Bu dəslər - həyat dərsləridir.
İkinci cəhət odur ki, Aşura dərsdən savayı, həm də ibrət səhnəsidir. İnsan gərək bu səhnəyə tamaşa etsin və ibrət götürsün. İbrət götürmək dedikdə, nə nəzərdə tutulur? Yəni, özünü orada olan vəziyyətlə müqayisə etsin. Başa düşsün ki, indi hansı vəziyyətdədir və hansı amillər onu təhlükəyə sala bilər. Hansı şeylər ona daha lazımlıdır.
Ona görə də deyə bilərik ki, Aşura həm dərs və həm də ibrətdir. (Həvzəh )
Aşura inqilabında iştirak edən İmam Hüseyn (ə) tərəfdaşlarının fikri və əməli, bəsirət üzərindən olmuşdur. Bu insanlar bəsirət əhli kimi tanıdılırlar. Yəni, bu insanların qəlbi ayıqdır və haqla batilə münasibətdə kamil elmləri vardır. İmamlarını (ə) yaxşı tanıyırlar və onu hüccət kimi qəbul edirlər. Dostlarını və düşmənlərini, möminləri və münafiqləri ayırd edə bilirlər. Bu insanlar mənfəətlərini güdmürlər və dünyapərəst deyildirlər. Təəssübkeş və cahil deyildirlər. Cahilcəsinə təhriklərlə batilə üz çevirmirlər. Çünki onlar bəsirət əhlidirlər və öz yollarını aydın görürlər və düşmənin batil olduğuna yəqinlikləri vardır. Qılınclarını çəkən zaman əqidə ilə bu əməli edirdilər. İmam Əlinin (ə) buyurduğu kimi, bəsirətlərini qılıclarına mindiriblər. Bu cür insanlar həm İmam Əlinin (ə) bayrağı altından vuruşublar, həm İmam Həsəni (ə) müdafiə ediblər və indi də Aşurada canlarını fəda edirlər.
Aşuradan götürməli olduğumuz dərslərdən biri də vilayət dərsidir. Çünki İmam Hüseyn (ə) tərəfdaşlarının vilayəti qəbul etmək keyfiyyətini tarixdə başqa yerdə görmək mümkün deyildir. Vilayəti qəbul etmək Aşura hadisəsində özünün ən pik nöqtəsinə çatmışdı. Aşura şəhidlərinin hamısı vilayəti qəbul edən insanlar idilər.
Ona görə də deyə bilərik ki, Aşura hər birimiz üçün həyat dərsidir. Aşura hadisəsindən çox sayda ibrətlər götürməliyik ki, onlardan həyat meydanında istifadə edək və İmamın (ə) ardıcılları kimi, biz də bəsirət əhlindən olaq. Haqla batili bir-birindən ayırd edə bilək və vilayətin nə qədər mühüm bir vəzifə olduğunu dərk etməyə çalışaq.

Milli.Az


Tags:  Bəsirətlərini qılınclarına mindirmişdilər

RƏYLƏR


Top news