Allergiyanı hər yaşda müalicə etmək olar?

Allergiyanı hər yaşda müalicə etmək olar?
20:42 20 Noyabr 2016
265 Ölkə
Ölkə mətbuatı
A- A+

Günümüzün ən çox yayılmış xəstəliklərindən biri də allergiyadır.

Allergiya - qısaca, immunitet sisteminin göstərdiyi bir reaksiyadır. Genetik xüsusiyyətlər allergiya üzərində mühüm rol oynayır və allergik bir orqanizminiz varsa, böyük ehtimalla ailənizin digər bir üzvündə sizinlə eyni və ya fərqli bir allergiya olur.
Bundan başqa, orqanizmin zəif olduğu dövrlərdə normalda olmayan allergik reaksiyalar inkişaf edə bilər. Allergiya əlamətləri bəzən illərlə görülmür, amma bəzi allergiyalar illər sonra geri gələ bilir. (sabah.com)
Milli.Az deyerler.org-a istinadən bildirir ki, həmçinin allergiya əlamətləri insandan-insana fərqlilik göstərə bilər və əlamətlərin intensivliyi dəyişə bilər. Ümumiyyətlə allergiya əlamətləri qaşıntı, xırıltılı nəfəs alıb-vermə, nəfəs darlığı və bədənin müxtəlif yerlərində şişlər olmaqla birlikdə bu əlamətlər şəxsə görə dəyişir.
Allergiyanın növləri olduqca çoxdur. Qida allergiyası isə, ən çox rast gəlinəndir. Bundan başqa, fəsillərlə bağlı, heyvanlara qarşı və günəş allergiyaları da ən çox görülən allergik xəstəliklərdir.
Allergiya müalicəsinə başlanması üçün əvvəlcə insanın nəyə allergiya olması müəyyənləşdirilməlidir. Bunun üçün bir allergiya mütəxəssisinə getməlisiniz. Allergiya mütəxəssisləri - allergiyanın müəyyən edilməsi və müalicəsi mövzusunda ixtisas görmüş həkimlərdir. Həkim sizdən dəri və qan testləri istəyəcəkdir. Allergiya testlərinin cavabı mənfi çıxarsa, immunitet sistemi üçün bəzi digər testlər edilə bilər.
Allergiyanın səbəbini müəyyənləşdirdikdən sonra müalicəsi, qorunma və dərmanla həyata keçirilir.
 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/490723.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR