Adamın sözünə baxmırlar, özünə baxırlar

Adamın sözünə baxmırlar, özünə baxırlar
20:47 20 Noyabr 2016
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Yazıma başlamaq istəyirdim ki, qədim bir söhbəti xatırladım və oxucularımız üçün də faydalı olacağını düşünüb qısaca məzmununu söyləyirəm:
Milli.Az yeniavaz.az-a istinadən bildirir ki, tanınmış bir İslam alimi at belində yol gedirmiş. Yolda bir piyadaya rast gəlir, atını saxlayıb enir və onu mindirir. Piyada nə qədər etiraz eləsə də alim razı olmur və deyir ki, atı növbə ilə minəcəklər. Elə də edirlər və gedəcəkləri şəhərə yaxınlaşanda ata minmək növbəsi piyadaya çatır. Şəhərə girəndə camaat baxır ki, bir nəfər alimin atını minib, alim də atın yanı ilə yorğun-arğın addımlayır. Onları qarşılayanlar arasında həmin piyadanı tanıyan varmış və dinsiz olduğunu da bilirmiş. Həmin şəxs irəli çıxır və at belindəki dinsizə belə beyir:
- Ey dinsiz adam, sən heç bilirsənmi ki, kimin atına minmisən? Gör müsəlman nə qədər gözəl olur ki, alim olduğu halda özü piyada yeriyir, səni ata mindirib. Bütün bunları görə-görə sən niyə müsəlman olmursan?
Sən demə, bunların arasında keçmişdən bir hesab varmış və bir-birlərini də yaxşı tanıyırlarmış. İndi də bu adamın fürsətdən istifadə edərək hücuma keçməsi dinsizin ürəyini qırır və ona belə cavab verir:
- Sən hansı müsəlmançılığı deyirsən? Əgər bu uzun yolda mənimlə yoldaşlıq edən, atından enib, məni mindirən, süfrəsindəki hər neməti mənimlə paylaşan və bütün bu yaxşılıqlarının qarşılığında məndən bir şey istəməyən, dinimə, ya dinsizliyimə qarışmayan bu müsəlmanı deyirsənsə, mən onun insanlığından da, müsəlmanlığından da çox şey götürdüm və bundan sonra da həmişə onun kimi olmağa çalışacam. Əgər söhbət sənin kimi kəmfürsətdən və sənin anladığın müsəlmançılıqdan gedirsə, elə bu cür qalmağım daha yaxşıdır ki, heç olmasa başqaları sifətimə baxıb bu gözəl din haqqında yanlış fikrə düşməsinlər.
Qəribə söhbətdir elə deyilmi? Görəsən bəs bizə baxan nə fikirləşir?
***
"Nəsimi" filmində bir səhnə var: dərviş qiyafətinə girmiş bir xəfiyyə ifşa olunur və tutularkən də belə deyir: "Mən pis adamam. Məndən yaxşı bir şey gözləməyin, istəyirsiniz, öldürün, amma mən dəyişən deyiləm" Kino da olsa, həyat da olsa, gördüyüm ilk adamdır ki, bütün səsi ilə özünün pis adam olduğunu elan edir. Təqdir olunası hal deyil, amma hər halda maskalanmaqdan daha az zərərlidir: bəli, mən buyam.
Betərləri var, bir qırıq adamlığı yoxdur, özünü qoymağa yer tapa bilmir. Hələ bundan da betərləri var: Adamlıqdan bixəbərdir, özünü nümunə göstərir.
Həqiqətən də təmsil etmək çox ağır işdir. Əgər sənə baxıb kimsə qərar qəbul edirsə, məsələ də, məsuliyyət də xeyli ağırlaşır.
***
"Üslubi-bəyan hər kəsin özüdür." Bu sözü kim deyibsə, çox gözəl deyib. Yəni hər kəsin danışıq tərzi, üslubu onun özünü, xarakterini açıq-aydın göstərir. Demək insanı danışdıranda nə danışdığından başqa necə danışdığına da diqqət yetirmək lazımdır. Ola bilsin ki, nə dediyində özünü gizləyə bildi, amma necə dediyində gizləyə bilmədi.
Bir şair də deyir ki, "ayinəsi kardır kişinin, lafa baxılmaz." Yəni insanın aynası onun əməlləridir, sözə çox fikir vermə, aldana bilərsən. Amma görünür, bəzən sözə də baxmaq lazımdır, hələ üstəlik o sözün necə deyildiyinə də.
***
Söz cürbəcür deyilə bilər: hal dili ilə, qal dili ilə. Bu ifadə bizə məxsus deyil, min ildir ki, dədə-babalarımız belə deyiblər. "Hal dili" deyəndə adamın səmimiliyini, həyatını, nə qədər dürüst olduğunu, təbii halını, bir fikri, bir həqiqəti dili ilə deyil, həyatı ilə yaşayaraq göstərməyi, təbliğ etməyi nəzərdə tutublar.
"Qal dili" də elə sözlə söyləməkdir. "Qal" ərəb dilindən çevirəndə "dedi" mənasındadır.
***
Adam özündə olmayanı başqasından tələb edəndə heç cür səmimi ola bilmir. Sən siqaret çəkirsənsə, bu zərərli və zəhərli vərdiş əyeyhinə nə qədər danışırsan-danış, tanıyıb bilənlərin hamısı içində sənə güləcək, "elə düzgün adamsan, əvvəlcə özün tərgit, sonra başqalarına öyüd ver."- deyəcək. Böyüklərimiz bu həqiqəti çox gözəl ifadə ediblər: "Özünə layiq görmədiyini başqasına da rəva bilmə!"
***
Çox qəribə taleli insanlar gəlib-keçib bu dünyadan. Elə insanlar olub ki, uzun bir ömrü bir həqıqətin təbliğinə həsr ediblər, amma səmərəsini görmədən ölüblər. Amma həyatda edə bilmədiklərini də Allah-Taala onlara ölümlə birlikdə nəsib edib. Taleyin ironiyası deyirlər belə hala. Amma nə deyirlər-desinlər, insan səmimi olandan sonra zəhməti heç vaxt boşa getməz. İnsan hər kəsdən və hər şeydən əvvəl gərək özünü hesab-kitaba çəksin, haqlı olub-olmadığını dəqiqləşdirsin. Haqlı olduğuna əminsənsə, heç narahat olmağa dəyməz, əlindən gələni edirsən, qismət də nə olacaqsa-olsun.
***
İslam Peyğəmbəri (s.ə.s.) özü ilə sözü düz gəlməyəni münafiq adlandırıb. Münafiq elə həm də riyakardır. Riya da saxtakarlığın kiçiyindən böyüyünə qədər çox geniş sahələri əhatə edir. Riyanın qarşılığı dürüstlükdür, niyyətin saflığıdır. Bu mənada dürüstlüyü riyadan ayırmağı böyüklərimiz zülmət gecədə qapqara daş üstündəki qara qarışqanı görə bilmək qədər çətin hesab ediblər.
***
Onsuz da Allahdan savayı kimsə kimsənin içini bilməz. Üzünə mələk maskası taxan, içində şeytanlar qaynaşan; sözündən bal daman, əməlindən ürəklər bulanan o qədər münafiqlərimiz, riyakarlarımız var ki. Düzələ bilmirik, yaxşı ola bilmirik, belimizi dikəldib adam kimi şax yeriyə bilmirik. Heç fikir vermisinizmi, tarix boyunca əzilmiş, basılmış millətlərin folkloru bir oturumda qırx qazan plov yeyən, nərəsiylə dağı yerindən oynadan qəhrəman obrazları ilə dolu olur. Ədalətini itirənlərin ən çox danışdıqları mövzu da elə haqq-ədalət olur. Neyləyək, özümüzdə olmayanları nağıllarımızda quraşdırırıq də.
***
İnsanlar cürbəcür olur: adam var hər xətanın altından sıyrılıb çıxmağa çalışır, günahı başqasının üstünə atmaqla rahatlıq tapır; adam da var, hər məsələdən özünə günah payı çıxarır, yəni bir məsələ ilə heç bir əlaqəsi olmadığı halda uğursuz sonluq üçün özünü müqəssir tutur. Rəsulullah (s.ə.s.) bu məsələdə misilsiz örnəkdir. Onun hər hansı bir qüsuru, xətası haqqında heç bir bilgi, heç bir məlumat tarixə bəlli deyil. O, qüsursuz insandır. Allah-Taalanın verdiyi təbliğat vəzifəsini də həm hal dili, həm də qal dili ilə ən mükəmməl şəkildə, qüsursuz yerinə yetirib. Amma hər cür fədakarlığına, cəhdinə baxmayaraq hələ də çoxları cəhalətdə inad edir, Onun mübarək təbliğini qulaq ardına vururdular. Belələri əslində özlərindən başqa kimsəyə zərər vermirlər, amma Allahın sevimli Peyğəmbəri bu cahillərin xeyrini onların özündən çox istəyir, onların kor gözlərinin açılması üçün əlindən gələni əsirgəmir. Və Allah-Taala, cahillərin Haqq yoluna gəlmədikləri üçün özünü hər cəfaya, iztiraba atan Rəsulunu sakitləşdirir: Sən öz vəzifəni yerinə yetirirsən, o cahillər Haqq yoluna gəlmirlər deyə özünü parçalama! Unutma, hidayət ancaq Allahdandır.
***
Bir günahkar cəzalanmalıdır, amma Rəsulullahın çox yaxın bir neçə səhabəsi onun cəzalanmasını istəmir. Rəsulullahın yanına gəlib onun bağışlanmasını xahiş edirlər. Cəza əmri Qurandandır, yəni Allahın əmridir, səhabələr isə bağışlanma, əfv istəyirlər. Səhabələrini dinləyir, üzüntüsü mübarək çöhrəsindən oxunur və nə qədər də hikmətli bir cavab verir:
- Mənə nə olmuşdur ki, sizi bu halda görürəm?
Diqqət yetirirsinizmi: "Mənə nə olmuşdur?.." Sözün bitdiyi yer deyilir bu cür vəziyyətə. Kimsəni ittiham eləmir, kimsəni qınamır. Günəşdən daha parlaq, Aydan arı, sudan duru olsa da xətanın bir tərəfinə öz çiynini verir: "Mənə nə olmuşdur ki..."
***
Özünü qınamaq, peşman olmaq, üzr istəməyi bacarmaq, təqsiri, günahı özündə görmək vicdan sahiblərinin işidir, xəbislər bu səviyyəni anlaya bilməzlər. Ona görə də şair demişkən, hələ diriykən hərdən oturub özümüzü ağlayaq. Özümüzü qınayaq, dünyanın o başındakı zəlzələ üçün özümüzü günahkar bilək, başqalarının geriliyini özümüzə təsəlli bilməyək, onun halına üzülək. Heç olmasa, təsəvvür etməyə, üzülməyə çalışaq. Çox qorxuram ki, bir zamanlar yadlar İslamı başa düşəndə bizə söysünlər. Niyə söyəcəklər?- Deyəcəklər ki, sizə baxanda İslamdan üz çevirmişik. Deyəcəklər ki, siz müsəlman ola bilsəydiniz, biz da həqiqəti anlayıb, doğru seçim edərdik.
Görəsən bizə söysələr, haqsızmı olacaqlar? - Müsbət cavab verməyə dilim gəlmir, nə bilim, Allah bilər.
Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Əbülfəs Qarayev: "Turizm haqqında" yeni qanun layihəsi Milli Məclisdə müzakirə olunacaq"

27 Aprel 2017 19:12

Naxçıvanda komanda-qərargah təlimi keçirilir

27 Aprel 2017 19:09

Dağlıq Şirvanda sahibkarlara 1,5 mln. manat güzəştli kredit verilib

27 Aprel 2017 19:02

Siyasətçidən kitab yazdı, 1 milyon avro ziyana düşdü

27 Aprel 2017 18:53

Zakir Həsənov ordu generalı Yaşar Gürellə görüşdü

27 Aprel 2017 18:49

Moskva görüşü öncəsi düşmən TƏŞVİŞ İÇİNDƏ: müharibə qərarına SAATLAR QALDI

27 Aprel 2017 18:48

Azərbaycanla Monteneqro arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında saziş imzalanıb

27 Aprel 2017 18:47

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın ilk mərhələsi başlayır

27 Aprel 2017 18:35

SORĞU: Kişi və qadın arasında yaş fərqi nə qədər olmalıdır?

27 Aprel 2017 18:34

60 yaşında 3-cü dəfə evlənən polkovnikin oğlu ATASININ BÜTÜN SİRLƏRİNİ AÇDI: "O bizdən..."

27 Aprel 2017 18:33

Göygöl rayonunun Aşağı Zurnabad kəndində top/minaatan mərmisi aşkarlanıb

27 Aprel 2017 18:32

Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub

27 Aprel 2017 18:27

Azərbaycanın qadın güləşi üzrə yığma komandasının Avropa çempionatı üçün heyəti açıqlanıb

27 Aprel 2017 18:27

Arda Turanın malikanəsinin görüntüləri yayıldı

27 Aprel 2017 18:26

Bülent Ersoy eşqini etiraf etdi - FOTO

27 Aprel 2017 18:24

“Buna son qoyulmalıdır!” - Moskvadan Türkiyəyə XƏBƏRDARLIQ

27 Aprel 2017 18:18

Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin danışıqları

27 Aprel 2017 18:18

Azərbaycan I Divizionunda bütün medalçılar müəyyənləşib

27 Aprel 2017 18:17

Min dərdin dərmanı "paltar sabunu"

27 Aprel 2017 18:12

Yazıb oxumağı bacarmayanlar 11-ci sinfə necə keçib? - DEPUTAT DANIŞIR

27 Aprel 2017 18:09

“Şalvar qadağası” olan kollecdən REPORTAJ - FOTOLAR

27 Aprel 2017 18:08

Hollandiya səfiri: "Azərbaycanla daha geniş əməkdaşlıqda maraqlıyıq"

27 Aprel 2017 18:07

Azərbaycanda bağlanmış 11 bankın əmanətçilərinə 732,257 mln. manat kompensasiya ödənilib

27 Aprel 2017 18:07

"Nezavisimaya qazeta": Qarabağ alovu müasir Rusiya üçün dərs olmalıdır

27 Aprel 2017 18:05

"2 milyon manat Eldar Mahmudova çatıb" - MTN generalı

27 Aprel 2017 18:05

​Bu qız dayısının evindən oğurluq etdi

27 Aprel 2017 18:04

İtkin düşən alpinist 47 gün sonra tapıldı - 30 kilo arıqlayıb - VİDEO

27 Aprel 2017 18:03

Avropaya ən çox qaçqın Suriyadan gedir

27 Aprel 2017 18:01

Minləri xilas edən ideya, SSRİ-də ilk mükafat – 62 İLLİK ÖMRÜN AKKORDLARI

27 Aprel 2017 17:59

Ccırıq cinslər bu ilin əsas yaz dəbi oldu

27 Aprel 2017 17:59

Lapşin istintaq materialları ilə tanış oldu

27 Aprel 2017 17:57

Keçmiş MTN generalı: “Bir neçə dəfə Eldar Mahmudovun xüsusi tapşırıqlarını yerinə yetirmişəm”

27 Aprel 2017 17:57

ARDNF-in icraçı direktoru növbəti müddətə "Bank VTB"-nin Müşahidə Şurasına üzv seçilib

27 Aprel 2017 17:57

“Eldar Mahmudov zəng vurub dedi, böyük məbləğdə pul lazımdı” – HƏBSDƏ OLAN MTN GENERALI SİRLƏRİ AÇDI

27 Aprel 2017 17:54

Qadın siyasətçi Kim Çen Inı qəzəbləndirdi: “Ağılını itirmiş qoca...”

27 Aprel 2017 17:53

Azərbaycanda beynəlxalq layihəyə start verildi

27 Aprel 2017 17:52

Kiyev rayon məhkəməsi Roman Nəsirova qarşı həbs qətimkan tədbirinin müddətini iki ay uzadıb

27 Aprel 2017 17:52

Azərbaycanlılar AŞPA-nın binası qarşısında etiraz aksiyası keçirdi - FOTO

27 Aprel 2017 17:48

Azərbaycan diasporu Strasburqda Türkiyəyə dəstək aksiyası keçirib - FOTO

27 Aprel 2017 17:47

"Kara sevda"nın Nihanı elə yerinə döymə etdirdi ki ... - FOTO

27 Aprel 2017 17:47

Bakıdakı taksilərlə bağlı MÜHÜM TƏKLİF - Nə dəyişəcək? - VİDEO

27 Aprel 2017 17:47

Roma Papası çimərlik kirayə götürdü

27 Aprel 2017 17:46

Kərpic-kərpic tikilən Cocuq Mərcanlı - REPORTAJ

27 Aprel 2017 17:44

"3-4 qadın uşaq salıb, 10-15 kişi impotent olub" - Çovdarov sirləri açır

27 Aprel 2017 17:42

BDU-da sosial mövzuda elmi konfrans keçirilib - FOTOLAR

27 Aprel 2017 17:39

Parisdə polis tələbələrə qarşı gözyaşardıcı qaz tətbiq etdi

27 Aprel 2017 17:38

Nazirdən idman zallarındakı təhlükə ilə bağlı XƏBƏRDARLIQ: "Sağlamlığa ciddi ziyan vurur"

27 Aprel 2017 17:37

Yıldırım və Medvedev gəmini müzakirə etdilər

27 Aprel 2017 17:37

Rusiya XİN Dağlıq Qarabağla bağlı qarşıdakı Moskva görüşünü şərh edib

27 Aprel 2017 17:37

Yeni neyron interfeys mətni beş dəfə sürətli çap edəcək

27 Aprel 2017 17:35