Ömərin Fatiməni qapının arasında qoyaraq öldürməsi iddiası doğrudurmu?

Ömərin Fatiməni qapının arasında qoyaraq öldürməsi iddiası doğrudurmu?
20:57 20 Noyabr 2016
228 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu kimi rəvayətlər uyudrma və böhtanla dolu rəvayətlərdir. Bu bir-başa İmam Əliyə böhtandır. Necə ola bilər ki, İmam Əli sağ ola-ola Ömər onun həyat yoldaşını vurur, evini yandırır?
Milli.Az zikr.az-a istinadən bildirir ki, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) vəfatından sonra Fatimə Əbu Bəkr əs-Siddiqin yanına gəlib Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) ona qalan Fədək mirasını, Xeybər və digər yerlərdə qalan miras payını istəyir. Əbu Bəkr əs-Siddiq isə deyir: "Mən, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini eşitmişəm: "Biz miras qoymuruq, bizim qoyduqlarımızın hamısı sədəqədir". (əl-Buxari, 3093, 3712; Muslim, 1757-1759). Digər rəvayətdə isə deyilir: "Biz Peyğəmbərlər, özümüzdən sonra miras qoymuruq" (İmam Əhməd, 9655). Fatimə ilə Əbu Bəkr arasında Fədək bağlarına görə narazılıq olsa da, bir müddətdən sonra Ömər Əbu Bəkri götürüb Əli gilə gedir və Fatiməni barışdırır. Biz islam tarixindən Əli ibn Əbu Talibi (Allah ondan razı olsun) mərd, şücaətli, elmli, ədalətli bir səhabə kimi tanıyırıq. Necə ola bilər ki, bu kimi sifətlərin sahibinin həyat yoldaşına kimsə əziyyət versin, o isə buna biganə qalaraq cavab verməsin?! Həmçinin, Həzrəti Əli Fatimeyi Zəhradan olan qızı Ümmü Gülsümü hicrətin 17-ci ilində Ömərin xəlifəliyi dövründə Ömərə ərə vermiş və onun qaynatası olmuşdur. Onlar düşmən yox, canbir qohum və qardaş olmuşlar. Ömər ibn Xattab isə İslamın ikinci raşidi xəlifəsi, Peyğəmbərimizin (ona Allahın salavatı və salamı olsun) qayın atası və yaxın dostu, sağlığında cənnətlə müjdələn 10 səhabədən biri olub. Necə ola bilərdi ki o, Peyğəmbərin (salallahu aleyhi və səlləm) qızını öldürsün? Allah onların hamısından razı olsun!
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/490791.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR