Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Məşhur futbolçunun ürəyi dayandı

Məşhur futbolçunun ürəyi dayandı

Date: 20 November 2016 21:37

Kosta-Rika yığmasının sabiq futbolçusu Qabriel Badilya 32 yaşında ürək dayanmasından ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə idmançının iştirak etdiyi yüngül atletika yarışlarında baş verib.

10 km məsafəyə qaçışda iştirak edən Q.Badilyanın halı finişə 200 m qalmış qəflətən pisləşib. Hadisə yerinə gələn həkimlər onun həyatını xilas edə bilməyib. 2001-ci ildən Kosta-Rika yığma komandasında oynayan, bu il karyerasını başa vuran Q.Badilyanın ölümünə səbəb  qəfil ürəyinin fəaliyyətinin dayanması olub. Qabriel Badilyanın son klubu Kosta-Rikanın "Saprissa" klubu  olub.

Milli.Az


Tags:  Məşhur futbolçunun ürəyi dayandı

RƏYLƏR


Top news