Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Sumqayıtda sahibsiz itlər sakinləri vahiməyə salıb - VİDEO

Sumqayıtda sahibsiz itlər sakinləri vahiməyə salıb - VİDEO

Date: 20 November 2016 21:42

Küçlərdə sürü halında gəzən bu canlılar sakinlərə hücum etməkdən də çəkinmilər.

İtlər sürü halında küçələrdə gəzir. Sumqayıtda sahibsiz itlərin sayı artıb. Bu canlılar sakinlərin həyatı üçün təhlükəyə çevrilib.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, sahibsiz itlər insanlara hücum etməkdən də çəkinmirlər. Problemdən çox əziyyət çəkənlər isə məktəblilərdir.

Məsələ ilə bağlı Sumqayıt Mənzil-Kommunal Təsərüffatı İstehsalat Birliyindən "Xəzər Xəbər"ə bildirildi ki, itlərin öldürülərək zərərsizləşdirilməsi qadağandır. Bu səbəbdən də sakinlərin müraciətləri əsasında, bu ilin 9 ayı ərzində 300-ə yaxın sahibsiz it tutularaq paytaxtda yerləşən sığınacaqlara yerləşdirilib. Şəhər ərazisində bu cür tədbirlər mütəmadi olaraq davam etdirilir.

Milli.Az


Tags:  Sumqayıtda sahibsiz itlər sakinləri vahiməyə salıb VİDEO

RƏYLƏR


Top news