Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bolqarıstanda miqrantlara qarşı etiraz

Bolqarıstanda miqrantlara qarşı etiraz

Date: 20 November 2016 21:44

Bolqarıstanın Xarmanlı şəhərində miqrantlara qarşı etiraz aksiyası keçirilib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, etirazçılar şəhərdə yerləşən qaçqın düşərgəsinin bağlanmasını tələb ediblər.

 

Aksiyada 500-dən çox insan iştirak edib. Onların sözlərinə görə, düşərgədə 3 min qeyri-qanuni miqrant məskunlaşıb. Eyni zamanda miqrantlara şəhərdə azad hərəkət etməyə icazə verilib. Bununla əlaqədar yerli sakinlər yoluxucu xəstəliklərin yayılmasından ehtiyat etdiklərini bildiriblər.

 

“Tələblərimiz eşidilməsə vətəndaş itaətsizliyi aksiyasına başlayacaq, yolları bağlayacağıq”, deyə aksiyanın təşkilatçıları bəyan edib.


Tags:  Bolqarıstanda miqrantlara qarşı etiraz


RƏYLƏR


Top news