Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

36 yaşlı kişini maşın vurdu - Lənkəranda

36 yaşlı kişini maşın vurdu - Lənkəranda

Date: 20 November 2016 21:49

Lənkəranda piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

 

APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün saat 21.00 radələrində şəhərin Füzuli küçəsi  ərazisində qeydə alınıb.

 

Naməlum avtomobil yolu keçmək istəyən piyada,  Lənkəran şəhər sakini, 36 yaşlı Nazim İltifat oğlu Verdiyevi vurub. Bədən xəsarəti almış N.Verdiyev təcili yardım maşınında Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Burada zərərçəkmişə zəruri tibbi yardım göstərilib və hazırda vəziyyəti qənaətbəxş qiymətləndirilir.

 

Faktla bağlı araşdırma aparılır.


Tags:  yaşlı kişini maşın vurdu Lənkəranda


RƏYLƏR


Top news