Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ət yenə bahalaşdı - Bölgələrdə heyvan qiymətləri qalxdı - VİDEO

Ət yenə bahalaşdı - Bölgələrdə heyvan qiymətləri qalxdı - VİDEO

Date: 20 November 2016 21:52

Son dövrlər paytaxt və bölgələrdə istər iri buynuzlu, istərsə də xırda buynuzlu heyvanların ətinin qiymətində bahalaşma müşahidə olunur. Paytaxt bazarlarında mal ətinin qiyməti artıq 9 manat 50 qəpiyə təklif edilir. Əməkdaşlarımız da bu gün qiymət artımının səbəblərini elə yerindəcə, mal bazarlarında araşdırıblar.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, bura Tovuzun mal bazarıdır. Son bir aydır ki, bu bazarda heyvanların qiymətində kəskin bahalaşma müşahidə olunur. Artım isə daha çox özünü iribuynuzlu heyvanların satışında göstərir. Alıcılara görə, iribuynuzluların qiyməti hətta iki dəfəyə qədər artıb

Fermerlər bahalaşmanı heyvanların bəslənməsinə çəkilən xərclə əlaqələndirirlər. Bildirirlər ki, yemin və otun qiymətlərində artım bazara böyük təsir edib.

Eyni hal özünü Göyçayın mal bazarında da göstərir. Burada da demək olar ki, qiymət artımı yem və otun bahalaşması ilə əlaqələndirilir

Xırdabuynuzlu heyvanlar da isə bahalaşma 40-50%-ə qədərdir. Bir ay əvvəl 100 manata satılan qoyunlar indi 140-150 manata təklif olunur.

Bölgələrdəki bahalaşma artıq özünü paytaxtdakı ət bazarlarında da göstərməyə başlayıb.

Milli.Az


Tags:  yenə bahalaşdı Bölgələrdə heyvan qiymətləri qalxdı VİDEO

RƏYLƏR


Top news