Dəlləkliyi bizim başımızda öyrənirlər - VİDEO

Dəlləkliyi bizim başımızda öyrənirlər - VİDEO
21:52 20 Noyabr 2016
104 Ölkə
Ölkə mətbuatı
A- A+

Belə bir deyim var, dəlləkliyi bizim başımızda öyrənirlər. Bərbərlik indi çoxlarının üz tutduğu peşə sahəsidir, amma təssüf ki, bu xidmətlə məşğul olanlar ancaq saç kəsməyin texnikasını bilir, qanunda nəzərdə tutulan bərbərlik standartlarından xəbərsizdir.

Birinin qapısı arxadan bağlıdır. Digəri balaca bir köşkdə fəaliyyət göstərir.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, hətta bazarın içərisində də bərbərxanalar var.

Bütün bunlar bir yana, bərbərlərimizin çoxu bu işin standartlarından xəbərsizdir.

Bir çox bərbərlərimiz üçün təmizlik yalnız bir şeydir. Alətləri spirtləmək və yandırmaq.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən "XəzərXəbər"ə bildirdilər ki, 3 il əvvəl Bərbərxana xidmətləri adlı dövlət standartları təsdiqlənib. Bu standartda bərbərxana xidmətinin təşkili, personala olan tələblər və gigiyenik normalar öz əksini tapıb. Lakin xidmət göstərən şəxslər çox zaman standartlar barədə məlumatsızdırlar.

Baki Peşə liseyində bərbərlik təhsili almış Samir Rüstəmovdan bərbərlik standartları haqda soruşduq.

Samir Rüstəmov bildirir ki, insanlar kiminsə əlinə baxaraq bu peşəni öyrənməkdənsə yaxşı olar ki, peşə liseylərində təhsil alaraq bərbərliyin sirlərini öyrənsinlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/491310.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR