Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiya və ABŞ prezidentləri Peruda görüşdü

Rusiya və ABŞ prezidentləri Peruda görüşdü

Date: 20 November 2016 21:58

Perunun paytaxtı Limada keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) Sammitində Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Barak Obama arasında qısa görüş olub.

Publika.az RİA Novosti agentliyinə istinadla bildirir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

O bildirib ki, Sammit çərçivəsində keçirilən iclasın əvvəlində dövlət başçıları bir-birini salamlayıb, aralarında qısa söhbət olub.

Qeyd edək ki, Lima Sammiti Barak Obamanın ABŞ Prezidenti kimi iştirak etdiyi son beynəlxalq tədbirdir.


Tags:  Rusiya ABŞ prezidentləri Peruda görüşdü

RƏYLƏR


Top news