Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Lənkəranda avtomobil piyadanı vurdu

Lənkəranda avtomobil piyadanı vurdu

Date: 20 November 2016 22:12

Lənkəranda piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 21.00 radələrində şəhərin Füzuli küçəsi  ərazisində qeydə alınıb.
 
Naməlum avtomobil yolu keçmək istəyən piyada,  Lənkəran şəhər sakini, 36 yaşlı Nazim İltifat oğlu Verdiyevi vurub. Bədən xəsarəti almış N.Verdiyev təcili yardım maşınında Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Burada zərərçəkmişə zəruri tibbi yardım göstərilib və hazırda vəziyyəti qənaətbəxş qiymətləndirilir.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Tags:  Lənkəranda avtomobil piyadanı vurdu

RƏYLƏR


Top news