Üzərində gözmuncuğu gəzdirmək olarmı?

Üzərində gözmuncuğu gəzdirmək olarmı?
22:27 20 Noyabr 2016
200 Ölkə
Ölkə mətbuatı
A- A+

İnsanı Uca Allah qoruyur. Gözmuncuğu bir şüşə parçasıdır. İnsanı, evi, hardan asılırsa oranı heç bir zərərdən qorumağa qadir deyil. Təsəvvür edin, gözmuncuğunu yerə atıb tapdalasan və sındırsan, özünü qoruya biləcəkmi!? Sözsüz ki, yox. Bəs başqasını necə qorusun? İslamda uğursuzluq inancı yoxdur. Bu cür inanclar tamamilə insanların güman və lazımsız yerə xoflanmağından irəli gəlir. Bu kimi bəd nəzərdən guya qoruyan ünsürlər - körpə uşaqların əlinə bağlanıalan gözmuncuğu, qapının üstündən asılan at nalı, tikan və s. xurafatdır və insanı ən böyük günah olan Allaha şərik qoşmağa (şirk etməyə) sürükləyir. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "Gözmun­cuğu asan Allaha şərik qoşmuşdur". (İmam Əhməd, 4/ 156). Digər hədislərdə buyurur: "Kim tilsim asarsa, artıq Allaha şərik qoşmuş olur". (əl-Albani "Səhih-Hədisər-Silsiləsi" 492); "Düşər-düşməzliyə inanmaq Allaha şərik qoşmaqdır. Düşər-düşməzliyə inanmaq Allaha şərik qoşmaqdır. Elə bir kimsə yoxdur ki, bu hisslərə qapanarkən Allaha təvəkkül etdikdə bu ondan getmə­sin". (Tirmizi 1614); "Uğursuzluğa inanmaq şirkdir". (İmam Əhməd 1/ 389).
Milli.Az zikr.az-a istinadən bildirir ki, Uca Allah Ona şərik qoşmaq barəsində buyurur: "Şubhə yoxdur ki, Allah Özünə şərik qoşanları əfv etməz!" (ən-Nisə, 48). "Allaha şərik qoşana Allah, şübhəsiz ki, Cənnəti haram edər. Onun düşəcəyi yer Cəhənnəmdir!" (əl-Maidə, 72) "Əgər (Allaha) şərik qoşsan, bütün əməlin puça çıxacaq!" (əz-Zumər, 65). "Əgər möminsinizsə, Allaha təvəkkül edin" (əl-Maidə, 23).
Belə ayələr Allahın Kitabında çoxdur. Ona görə insan Allaha bel bağlamalı və Allaha arxayın olmalıdır. Ona görə də gözmuncuğunu nəinki uzərinizdə, hətta evdə saxlamaq olmaz. Onun heç bir müqəddəsliyi yoxdur. Peyğəmbərin (ona və ailəsinə Allahın salamı və salavatı olsun) belə buyurur: "Uğursuzluq adlı bir inanc yoxdur. Mənim xoşuma gələn isə "təfəüldür". Məclisində olan səhabələri: "Təfəül" nədir, ya Rəsulallah?" - deyə soruşdular. "Gözəl sözdür (hadisələri xeyrə yozmaqdır)," - deyə cavab verdi. (əl-Buxari, Tibb 19; Müslim, Salam, 102).
Gözdəyməyə gəldikdə isə, gözdəymə haqdır və bunun şəriətdə icazə verilmiş üsullarla müalicəsi göstərilib
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/490799.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR