Ümidini niyə kəsirsən ki?..

Ümidini niyə kəsirsən ki?..
22:47 20 Noyabr 2016
113 Ölkə
Ölkə mətbuatı
A- A+

Hər cavan düşünməz, amma hər qoca nə qədər gizlətsə də, heç olmasa arada bir ölümü xatırlayar. Cavanın işi hələ dünya ilədir, qabaqda nə qədər işləri var, atası, babası da salamatdır. Həqiqətən də, atası, babası gözünün qabağında olanda ölüm adamın yadına düşmür, elə düşünür ki, hər şey növbə ilədir və baba varkən, ata varkən ölüm ona tərəf baxmaz. Bəlkə də biz atalarımızı itirəndə bir az da ona görə qorxuruq ki, artıq bundan sonra ölümlə üz-üzə, göz-gözə qaldığımızı düşünürük.
Milli.Az yeniavaz.az-a istinadən bildirir ki, cavan ölüm düşüncəsini özünə yaxın buraxmır, çünki arzuları var, ya nişanlıdır, ya evlidir, körpəsini böyütmək istəyir. Amma nəvəsinə toy edəndən sonra baba istər-istəməz öz keçmişini, itirdiyi doğmalarını düşünəcək və hərdən də ağlına gələcək ki, arxadan gələn nəsillərin yerini dar eləyir. Ölüm arzu edilməz, amma insan da meyvə kimi yetişəndə ölüm onun üçün qorxu olmaqdan çıxır. Adam da var ki, nə yaşda olur-olsun, ölüm onun üçün qara bir qorxudan, kabusdan başqa bir şey deyil. Və o, bu qorxusunu pərdələmək üçün arzu, istək, falan-filan söhbətlər ortaya atır.
Amma bu dediklərimiz hər kəsi əhatə eləyən dəqiq bir düstur deyil ki... Adam var ki, nə yaşda olur-olsun, ölümlə barışıqdır, adam da var ki, səksəni çoxdan qatlayıb, amma ölümün adını dilinə gətirməyə belə qorxur. Əslinə qalanda ölümdən qorxmaq və ya qorxmamaq yaşla əlaqəli məsələ deyil ki, seçilən yolla, istiqamətlə bağlıdır. Yəni, bugünkü gənclərdən kimi elə indi də qorxur, əgər səmtini dəyişməzsə, qocalanda da qorxacaq. İnandığım bir həqiqət də var ki, hər kəs tutduğu yolun onu hansı mənzilə aparacağını dəqiq bilməsə də, ən azı təxmin edə bilir.
Sahil Parkında bütün gününü domino oynamaqla keçirən qocaları kim görməyib ki? Ölüm haqqında düşünmürlər, daha doğrusu, düşünmək istəmirlər belə. Çünki bu mövzu onlar üçün hazırda ən böyük dərd, ən böyük kabusdur. Sadəcə olaraq, sabah birisi gəlməyəcək və eşidəcəklər ki, axşam yatıb, səhər durmayıb. Yenə də ölüm! Və bu ölümün acığına yenə də domino.
Yaşı doqquzuncu onilliyi xırdalayır. Özünü bu dünyada xoşbəxt görmək istəyən bir insanın sahib olduğu hər şey əlinin altındadır, həm də artığı ilə. Dünya malından bir sıxıntısı, bir korluğu da olmayıb. Oğul evləndirib, qız köçürüb, qucağında nəvələr böyüdüb, nəvələr də ailə qurub, sağda-solda tay-tuşlar yavaş-yavaş karvana qoşulub gediblər, amma narahatdır, qorxur. Bəlkə də bircə arzusu var: ölməmək. Niyə? - Çünki oradan o tərəfi bilmir, oradan o tərəfi düşünməyib, əslində heç düşünmək belə istəmir. Yanında ölüm adı çəkiləndə durub getmək istəyir.
Üz-üzə oturmuşuq, tam səmimi bir atmosferdə söhbət edirik. Gənclikdən, sənətdən, şöhrətdən, dünyanı gəzməyindən danışandan sonra söhbəti hərləyib gətirirəm ənənəvi mövzuya: "Ölümü necə təsəvvür edirsiniz? Ölüm sizin üçün nədir?" İlk baxışdan heç bir şey büruzə vermir, amma az keçmir ki, halının dəyişdiyini, canının sıxıldığını hiss edirəm. Bu cür reaksiya verəcəyini bilsəydim, heç ölüm söhbətini açmazdım. Amma Allahdan gizlin deyil, sizdən niyə gizlədim: bu, mənim sirrimdir, inanıram ki, ölümə münasibət məsələsində kimsə öz içini gizləyə bilmir və ya ola bilsin ki, heç gizləmək də istəmir. Yəni, mən öz müsahiblərimə bir bu tərəfdən, bir də o tərəfdən baxmağı xoşlayıram: Xoşlayıram deyəndə ki, o tərəfdən baxanda insanın olduğu kimi göründüyünə inanıram.
Söhbətimizi yazı halına salıb çapa verirəm və yazı çıxandan sonra etika üçün zəng edib həm kefini, həm də yazıya münasibətini soruşuram. Gileylənir, o ölüm söhbətini yazıya aldığıma görə narazılığını da gizlətmir. Halbuki, biz üz-üzə oturub müsahibəyə başlayana qədər ata-babasından danışmışdı, inamdan, etiqaddan bəhs eləmişdi. Əslində söhbət içində məni bu məsələyə ürəkləndirən də elə onun verdiyi bu bilgilər olmuşdu. Çünki mən birmənalı şəkildə inanmışam ki, Allahını gerçəkdən tanıyan, Onun əmrlərinə sidq ürəkdən təslim olan bəndə ölüm söhbətindən qorxmaz. Yəni, onun bu qədər xoflanacağını ağlıma belə gətirməzdim, amma yanılmışdım.
İndi deyəcəksiniz ki, kim ölümdən qorxmur ki? - Var, qorxmayanlar da var.
Adam tanımadığının düşmənidir. Ölümü yoxluq, heçlik bilən, əlbəttə ondan qorxacaq. Ölüm deyəndə dar, qaranlıq qəbirdən başqa ağlına bir şey gəlməyən, əlbəttə, ölümdən qorxacaq. Bir də ki, ölüm qaçılmaz sonluqdursa, ondan qorxmaq yox, ona hazırlaşmaq daha məntiqli yol deyilmi?
Allah-Təala Həzrəti Musaya əmr edir ki, əlini o yanındakı buzovun belinə qoysun və əgər istəyirsə, ona əlinin altında qalan tüklərin sayı qədər il ömür versin. Həzrəti Musa "Bəs sonra nə olacaq, ey Rəbbim?" - soruşur. Cavab bəllidir: "Sonra Allaha dönüş var". Allah-Təala ilə arada vasitəçi olmadan kəlmə kəsdiyi üçün Kəlimullah ünvanını almış Həzrəti Musa: "Elə isə mən elə indi qovuşmaq istəyirəm"- deyir və ən çox sevdiyinin üstünə yüyürən uşaq kimi ölüm qapısına doğru uçur.
Oturub düşünəndə bu qənaətə gəlirsən ki, imkanın olduğu halda görə bilmədiyin və ya bilərəkdən görmədiyin işlərdən və bir də səndən qaynaqlanan xətalardan başqa səni qorxudacaq nə ola bilər ki?
Allah-Təala buyurur ki, insan Onu necə tanıyarsa, O da insana onun tanıdığı kimi münasibət göstərər. Buyurun, bundan böyük təsəlli axtarırsınızmı? Elə isə niyə cənnət istəmirsiniz? Niyə cənnətə layiq olmaq istəmirsiniz?
Bir nəfər Həzrəti Əliyə deyir:
- Ey imam, sən ki, bu qədər ibadət edirsən, Allah-Allah deyib əlində-ovcunda olanları başqalarına hədiyyə verirsən, gecəni səhərə qədər namaz qılır, alnını səcdədən qaldırmırsan, birdən dediyin o axirət olmasa, necə olacaq?
Siz heç narahat olmayın, bu cür cahil, vicdandan xəbərsiz sualın qarşısında Allahın Aslanı çox sakit davranır və ola bilsin ki, təbəssüm də edir, cavabı da belə olur:
- Mən Allahımın əmri olan ibadətləri yerinə yetirərək bir şey itirmədim. Əksinə təmizlik, sağlamlıq, insanlar arasında etibar, etimad qazandım, yəni sənin dediyin o axirət olmasa belə, mənim itirəcəyim bir şey yoxdur. Yaxşı, indi sən de görüm, mənim dediyim o axirət varsa, onda sənin aqibətin necə olacaq? Heç bu haqda düşündünmü?
Bilal Həbəşi son saatlarını yaşayırdı. Xanımı başının üstündə ağlayır, "Vay, Bilal bizi qoyub hara gedirsən, səndən sonra günümüz necə olacaq? Bu uşaqlara kim baxacaq?" - deyib göz yaşı tökürdü. Bilalsa gözünü açıb: "Nə gözəldir, Allahıma qovuşmağa gedirəm, Rəsulullaha qovuşmağa gedirəm" - deyir, bu dünya həyatının sonunda həyatının ən gözəl səfərinə hazırlaşırdı.
Mövlana demişdi ki, ölüm Allaha qovuşmaqdır, ölüm toy-bayramdır. Ona görə də, hər il Konyada Mövlananın ölüm gününü böyük təntənə, coşqu ilə bayram edirlər.
Əgər ölüm deyilən bu qapının o üzündə Allaha qovuşmaq varkən bu dünyanın nə anlamı, nə dadı, nə zövqü olar ki, mömin üçün?
Ustad şair Nəcib Fazil ölüm haqda belə yazır:
"Ölüm gözəl şey, budur pərdə ardından xəbər,
Ölüm gözəl olmazsa, ölərmiydi Peyğəmbər".
Hərdən elə düşünürəm ki, İslami tərbiyənin bir qayəsi də ölümü insan üçün qorxu olmaqdan çıxarmaqdır, xoş bir duyğuya, ümidə, pozitiv hisslər qaynağına çevirməkdir.
Yaş istər 80 olsun, istər 120, heç fərqi yoxdur, özünlə götürüb axirətə aparacağın bir təsəllin, bir əməlin, bir dayağın yoxsa, ömrün insanlara qarşı haqsızlıq içində, başqalarının haqqını tapdamaqla keçibsə, bircə şeydə haqlısan: ölümdən qorxmaqda. Mən də ölümdən qorxuram, günahlarım qədər və əminəm ki, günahlarım az olsaydı, qorxum da o nisbətdə azalardı.
Amma bəlkə də hələ gec deyil, bəlkə də hələ hər şey uduzulmayıb... Niyə də "bəlkə", elə həqiqətən də hələ imkanlar tükənməyib. Tövbə deyilən bir anlayış var, nə qədər xeyirli bir qapı olduğunu bilirsənmi? Bir o qapıya yönəl, hələ dizində az da olsa təpər, ürəyində az da olsa, həyəcan varsa, ümidini kəsmə, Həzrəti Həmzə kimi bir dostu öldürən, öldürdükdən sonra da sinəsini parçalayan Vəhşini bağışlayan Allah bizi nədən bağışlamasın ki? Sən Nəmrud olub Xəlilullah İbrahim Peyğəmbəri oda atdırmamısan ki... Sən Firon olub Həzrəti Musanın ardınca Qırmızı Dənizə girməmisən ki...
Ümidini niyə kəsirsən ki?..
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Türkiyədən Şimali Koreyaya sərt XƏRƏBDARLIQ

29 İyul 2017 15:58

Dənizdə batan 2 nəfər xilas edildi

29 İyul 2017 15:57

Azərbaycandan tütün ixracı 5% artıb

29 İyul 2017 15:57

Qurban Qurbanovun Tiraspoldakı mətbuat konfransının vaxtı açıqlandı

29 İyul 2017 15:57

Abituriyentlərin NƏZƏRİNƏ - Bu VİDEOnu mütləq izləyin

29 İyul 2017 15:52

Hacıqabul sakinindən 3 kq-dan çox narkotik götürülüb

29 İyul 2017 15:49

Jurnalistikaya qəbul olunmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirilib

29 İyul 2017 15:46

Dünyanın ən kök uşağı İndoneziyada yaşayır - 192 KİLOQRAM

29 İyul 2017 15:43

""Qəbələ"ni oynamağa azarkeşlərimiz qoymadı"

29 İyul 2017 15:42

Rusiyalı ulduzun Bakıda lüt FOTOları çəkildi

29 İyul 2017 15:37

Saakaşvili: “Prezident olmasına rəğmən, alverçi kimi hərəkət edir”

29 İyul 2017 15:33

Azərbaycanla Rumıniya arasında birbaşa aviareys açıla bilər

29 İyul 2017 15:32

Tarixin ən güclü futbolçularından ibarət siyahı hazırlandı

29 İyul 2017 15:32

Ermənistanın növbəti hiyləsi İFŞA OLUNDU - Müdafiə Nazirliyi

29 İyul 2017 15:29

DİM-dən abituriyentlər üçün VİDEO-ÇARX

29 İyul 2017 15:24

Ölkədə evsiz insan qalmayacaq: Hər il 3 min ailə...

29 İyul 2017 15:23

Evli iş adamı ilə nişanlandı - FOTO

29 İyul 2017 15:22

Müdafiə Nazirliyindən vətəndaşlara sosial şəbəkələrlə bağlı ÇAĞIRIŞ - "Diqqətli olun"

29 İyul 2017 15:22

Şimali Koreya liderindən bəyənat:

29 İyul 2017 15:21

MN: Düşmən tərəfi öz uğursuzluqlarını ört-basdır etmək üçün növbəti hiyləyə əl atıb

29 İyul 2017 15:17

Rusiya millisi atıcılıq üzrə Avropa çempionatının qalibi olub

29 İyul 2017 15:12

Gürcüstanda dəmiryol tuneli dağılıb, 2 nəfər yaralanıb

29 İyul 2017 15:12

NUHUN GƏMİSİ, İSANIN EVİ: Bibliyada yazılan TARİXİ MƏQAMLAR reallıqdır, yoxsa uydurma?

29 İyul 2017 15:03

DİM abituriyentlər üçün maarifləndirici videoçarx hazırlayıb

29 İyul 2017 15:02

Dünyanın ən çox maaş verilən şəhərləri açıqlanıb

29 İyul 2017 15:02

"Lider"in aparıcısının toyu oldu - FOTO

29 İyul 2017 14:59

"2pac: Əfsanə"nin premyera öncəsi nümayişi "CinemaPlus"da - FOTO

29 İyul 2017 14:57

101 milyonluq futbolçu "Real"dan ayrılır - hara gedir?

29 İyul 2017 14:57

Heç kimə güzəşt olunmayacaq

29 İyul 2017 14:54

Uruqvaylı müdafiəçi yenidən A Seriyasında

29 İyul 2017 14:52

İstehlakçılara şad xəbər: qiymətlər enəcək - AKTUAL

29 İyul 2017 14:47

Türkiyənin “Fənərbağça” klubunun borcu açıqlanıb

29 İyul 2017 14:42

Ronaldu: "Oğlum uşaqların sayının 7 olmasını istəyir"

29 İyul 2017 14:37

Pakistanda partlayış

29 İyul 2017 14:37

Futbol tarixinin ən yaxşıları müəyyənləşdi - İLK BEŞLİK

29 İyul 2017 14:34

Bu abituriyentlər jurnalistika ixtisasını seçə biləcəklər

29 İyul 2017 14:29

ABŞ Türkiyəni terroru dəstəkləməkdə günahlandırdı - QƏRİBƏ İDDİA

29 İyul 2017 14:28

Yayın ən dadlı salatı

29 İyul 2017 14:28

İmtahanın cavabları açıqlandı

29 İyul 2017 14:27

Azərbaycan Beynəlxalq Bankı arxiv avadanlığı almaq istəyir

29 İyul 2017 14:27

O da silikon taxdırdı - FOTO

29 İyul 2017 14:27

Sabiq "Xəzər Lənkəran"lı Türkiyə millisində?

29 İyul 2017 14:27

UEFA-dan xəbərdarlıq: Heç kimə güzəşt olunmayacaq

29 İyul 2017 14:22

Hamı Demet Akalının və Hadisənin bu görüntüsündən danışır - VİDEO

29 İyul 2017 14:19

Jurnalistikaya qəbul olunmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirildi

29 İyul 2017 14:17

Tovuzda velosipedçi quyuya düşüb, ağır xəsarət alıb

29 İyul 2017 14:17

Lüks oteldə güclü yanğın

29 İyul 2017 14:17

Ali təhsil müəssisələrinə ixtisas seçimi başladı

29 İyul 2017 14:12

Azərbaycan vətəndaşı Rusiyada miqrantların saxlanıldığı yerdə intihara cəhd edib

29 İyul 2017 14:12

ABŞ-ın hərbi texnikası Gürcüstanda - FOTOSESSİYA

29 İyul 2017 14:09