İlin ən soyuq görüşü - PUTİN və OBAMA - VİDEO - FOTO

İlin ən soyuq görüşü - PUTİN və OBAMA - VİDEO - FOTO
23:05 20 Noyabr 2016
156 Dünya
Ölkə mətbuatı
A- A+

Asiya-Sakit Okean Ölkələrinin İqtisadit Əməkdaşlıq Təşkitlatının (APEC) Perunun paytaxtı Limada keçirilən sammitində Rusiya prezidenti Vladimir Putinlə ABŞ-ın dövlət başçısı Barak Obama görüşüblər.

Milli.Az TASS-a istinadən bildirir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun dediyinə görə, prezitdentlər Suriya və Ukraynadakı situasiyanı müzakirə ediblər.

"Onlar Ukrayna ilə bağlı vəziyyətdə inkişafın olmamasına təəssüfləniblər. Söhbət zamanı qərara alınıb ki, Barak Obamanın ABŞ prezidenti postunda səlahiyyət müddətinin başa çatmasına qalmış iki ay ərzində Suriya probleminin həll yolları aransın, o cümlədən Rusiyanın XİN başçısı Sergey Lavrovla ABŞ-ın dövlət katibi Con Kerri arasında danışıqlar davam etdirilsin", - D.Peskov deyib.

Ağ Ev isə bəyan edib ki, söhbət əsnasında Obama Putini Donbasdakı münaqişənin nizamlanmasını ehtiva edən Minsk anlaşmaları çərçivəsində Rusiyanın öhdəliklərinə əməl etməsinə çağırıb: "ABŞ prezidenti bəyan edib ki, Birləşmiş Ştatlar və tərəfdaşları Ukraynanın suverenliyini qorumaqda qərarlıdır. ABŞ prezidenti Suriya xalqının əzablarının azaldılması üçün ABŞ və Rusiyanın xarici siyasət rəhbərlərinin təmaslarının davamının zəruri olduğunu da vurğulayıb".

APEC-in Lima sammitində sessiyanın açılmasına bir qədər qalmış ABŞ və Rusiya prezidentləri görüşüblər. Onların kameralar qarşısında söhbəti 4 dəqiqə davam edib. Sonra onlar bir-birlərinin əllərini sıxaraq masa arxasında yerlərində əyləşiblər.

Qərb mediası bu görüşü "İlin ən soyuq görüşü" kimi dəyərləndirib.

Milli.Az











Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/491322.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR