Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Rusiyada qətl törədən azərbaycanlı Ukrayna ilə sərhəddə saxlanılıb

Rusiyada qətl törədən azərbaycanlı Ukrayna ilə sərhəddə saxlanılıb

Date: 21 November 2016 01:17

Bakı. 21 noyabr. REPORT.AZ/ Rusiyanın Rostov vilayətində ondan pulsuz şaurma istəyən müştərini qətlə yetirən Azərbaycan vətəndaşı saxlanılıb.
“Report” xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarına istinadən "Bloknot Rostov" nəşri məlumat yayıb.
O, Taqanroq şəhəri yaxınlığında, demək olar ki, Ukrayna ilə sərhəddə tutulub. O, qonşu ölkəyə keçməklə cinayət məsuliyyətindən yayınmağa çalışıb.
Hüquq-mühafizə orqanları əvvəlcə onun hadisə yerindən hansı maşınla getdiyini müəyyən ediblər, daha sonra avtomobilin sahibi, 1993-cü il təvəllüdlü İsmayıl Zeydəliyev, ardınca isə cinayəti törədən şəxsin özü - 1990-cı il təvəllüdlü Aslan Sadıqov yaxalanıb.
Hər iki şəxsə qarşı cinayət işi qaldırılıb: onlardan biri qətl törətməkdə, digər isə cinayəti gizlətməkdə ittiham olunur.
Hadisə ötən gün günorta saatlarında Lenin küçəsində yerləşən şaurma köşkü qarşısında baş verib. Sərxoş gənc oğlan köşkə yaxınlaşaraq A.Sadıqovdan pulsuz şaurma istəyib. Satıcı imtina etdikdə müştəri dava salmağa başlayıb və köşkün şüşəsini qırıb. Bundan sonra satıcı müştərini bıçaqlayıb və yaralı “təcili yardım” gələnədək keçinib.



Tags:  Rusiyada qətl törədən azərbaycanlı Ukrayna sərhəddə saxlanılıb

RƏYLƏR


Top news