Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"İnter" son saniyələrdə məğlubiyyətdən qaçdı - VİDEO

"İnter" son saniyələrdə məğlubiyyətdən qaçdı - VİDEO

Date: 21 November 2016 03:58

İtaliya A seriyasında 13-cü tura derbi ilə yekun vurulub.

Publika.az xəbər verir ki, "Cüzeppe Meatsa" stadionunda "Milan" və "İnter" komandaları üz-üzə gəlib.

Görüş məhsuldar bərabərliklə yekunlaşıb - 2:2. "Milan"dan hər iki qolu 43 və 58-ci dəqiqələrdə Suso vurub. "İnter"dən isə 53-cü dəqiqədə Antonio Kandreva, 90+2-ci dəqiqədə İvan Perişiç fərqlənib.

Bu nəticədən sonra "Milan" 26 xalla 3-cü, oyuna yeni baş məşqçi Stefano Pyolinin rəhbərliyi altında çıxan "İnter" isə 18 xalla 9-cu pilləyə yüksəlib.


Tags:  İnter son saniyələrdə məğlubiyyətdən qaçdı VİDEO


RƏYLƏR


Top news