Rostovda mikroavtobusla yük maşını toqquşdu: 6 ölü, 3 yaralı

Rostovda mikroavtobusla yük maşını toqquşdu: 6 ölü, 3 yaralı
05:34 21 Noyabr 2016
75 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın Rostov vilayətində ağır yol qəzası baş verib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, “Qazel” markalı mikroavtobus və  “KamAZ” markalı yük maşınıın toqquşması nəticəsində 6 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

 

İlkin məlumata görə, mikroavtobusun sürücüsü  idarəetməni itirib və qarşısında hərəkət edən yük avtomobilinə çırpılıb. Güclü zərbənin təsirindən mikroavtobusda yanğın başlayıb.“KamAZ”-ın sürücüsü mikroavtobusun sürücüsü və iki sərnişinini deformasiyaya uğramış maşından çıxara bilib.

 

Hadisə yerinə polis, yanğınsöndürənlər və təcili tibb yardım briqadaları cəlb edilib. Qəzanın səbəbləri araşdırılır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260068

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR