Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Hillari Klinton Trampdan 1,5 milyon çox səs toplayıb

Hillari Klinton Trampdan 1,5 milyon çox səs toplayıb

Date: 21 November 2016 05:39

ABŞ-da keçirilmiş president seçkilərində məğlub olan Hilları Klinton seçici səslərinin say nisbətinə görə Donald Trampdan 1,5 milyon çox səs toplayıb.

 

APA-nın xəbərinə görə, bu barədə ABC telekanalı məlumat verib.

 

Hazırda ABŞ-da prezident seçkilərinin nəticələrinin hesablanması davam edir. Hilları Klinton indiyədək hesablanmış bülletenlərə əsasən 63 390 669 səs, Donald Tramp isə 61 569 824 səs toplayıb.

 

Xatırladaq ki, ABŞ-da prezidenti ştatların seçki günü müəyyənləşdirdiyi xüsusi nümayəndələrdən ibarət Seçicilər Kollegiyası seçir. Prezident seçilmək üçün 538 nümayəndədən 270-nin səsini qazanmaq kifayətdir. Donald Tramp Seçicilər Kollegiyasının 276, Hillari Klinton isə 218 səsini toplayıb.


Tags:  Hillari Klinton Trampdan milyon çox səs toplayıb


RƏYLƏR


Top news