Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Düşmənimiz özündən dilənir

Düşmənimiz özündən dilənir

Date: 21 November 2016 07:32

Bundan belə Ermənistanda iş yeri olan və çalışan hər vətəndaş aylıq maaşından 1000 dramı, yəni 2 dollarlıq məbləği ölkənin silahlı qüvvələrinin ehtiyacları üçün yaradılmış xüsusi fonda ödəməlidir.

Ermənistan prezidenti Serj Sarkisyan sanki ziyarətgahın qarşısında duran Bağdad dilənçisi təki dilənməyi hökumətin qarşısına şərt qoyub.

Ermənistanda parlament "Vətəndaşların aylıq maaşlarından 1000 dramın həlak olmuş və ya əlil qalmış hərbçilərin ailələrinə yardım məqsədilə dövlət büdcəsinə köçürülməsi haqqında" qanun layihəsini ilk oxunuşda qəbul edib. Qanun layihəsinin lehinə 102, əleyhinə 3 deputat səs verib.

Halbuki iqtidardakı Ermənistan Respublika Partiyasının (ERA) parlament fraksiyasının rəhbəri Vahram Baqdasaryanın dediyinə görə, bu pulların ödənilməsi məcburi yox, könüllü də ola bilərdi: "Məcburilik prinsipi müzakirə olunur. Əgər kimsə ödənişdən imtina edirsə, onu anlamağa çalışacağıq. Heç nə məcburi olmayacaq. Təklif var, onu müzakirə edirik".

Lakin ödəniş könüllü yox, məcburi olacaq - erməni siyasətçilər və deputatların dediklərinin tam əksinə.

Bununla da Ermənistan prezidenti Serj Sarkisyan bir daha sübut etdi ki, ölkənin dövlət büdcəsini "ağıllı adamlar" müəyyən müzakirələrdən sonra "yaxşı oğlanlar" üçün tərtib edirlər. Dövlət resursları, büdcə vəsaiti və maliyyə vasitələrinin bölüşdürülməsi zamanı isə kriminal aləmin qanunları işə düşür. Axı İrəvandakı hakimiyyət mahiyyət etibarilə sümük iliyinədək kriminallaşmış elementlərdir. Ona görə Sarkisyanın əmrindən sonra parlamentin vətəndaşlardan əlavə pul yığılması barədə qanun qəbul etməsi təəccüblü deyil.

Di gəl, Sarkisyan anlamır ki, "hərbçilər üçün 1000 dram" onun və hakimiyyətinin fiaskosu, könüllü rüsvayçılığıdır. İrəvandakı hakimiyyətin aşkar idiotizmlə müşayiət olunan qərarları, oyuncaq parlamentin qəbul etdiyi absurd qərarların sayı tükənmək bilmir. Ermənilər də artıq deyirlər ki, onlar iqtidardakı adamların psixi sağlamlığına şübhə etməyə başlayıblar.

Hərbçilər üçün 1000 dram Ermənistan rəhbərliyinin minqat biabırçılığına, utanc səbəbinə çevrildi.

Ən azı ona görə ki, dövlət problemlərini vətəndaşların yox, büdcə vəsaitinin hesabına həll etməlidir. Normal ölkələrdə dövlət hərbçilər arasında ölüm və əlillik hallarının qarşısını almağa çalışır, bunların yaşanmaması üçün sülhə can atır. Sülh baş tutmayanda, müharibə qaçılmaz olanda isə həlak olanların və yaralananların, əlil olanların ailələrinə kompensasiya məsələsini bilavasitə dövlət çözməlidir.

Ermənistanda isə siyasətçilər, məmurlar, deputatlar, habelə "müstəqil" media mənsubları ölkənin silahlı qüvvələrindəki səfil durumu etiraf etmək istəmir, çoxdan bəri deqradasiya etmiş iqtisadiyyatın vəziyyətindən danışmırlar.

S.Sarkisyan və dəstəsi "1000 dram layihəsi" vasitəsilə xalqın pullarının qəsb olunmasını, büdcə vəsaitinin mənimsənilməsini qanuniləşdirməyə çalışırlar. Belə çıxır ki, Ermənistanda vəzifə sahibi istədiyi məbləğdə pulu oğurlaya bilər, qəsb edə və ya mənimsəyə bilər, sonra isə yeni qanuna müvafiq olaraq, həmin pulların çox kiçik hissəsini həlak olmuş və yaralanmış erməni hərbçilərinin ailələrinə yardım fonduna köçürərək oğurluğunu qanuniləşdirər.

Belə sxem İrəvan hakimiyyəti üçün ordunun problemlərinin həlli üçün harınlamış məmurların və oliqarxların oğurladıqları pulları qaytarmaq, onları məsuliyyətə cəlb etmək, real ordu quruculuğuna başlamaqdan daha sərfəli, daha rahatdır. Özü də "orduya diqqət artırılır" şüarı ortaya atıldığı üçün gərəkli ideoloji-təbliğat fonu da yaradılır.

Gerçəklik odur ki, hər hansı hakimiyyət, iqtidar - Ermənistanda olduğu təki feodal diktatura - ordunun ehtiyacları adı ilə vətəndaşlardan zorla pul yığmağa başlayırsa, bu dilənmək, niyaz yığmaqdır.

Ermənilər üçün adi davranış forması, yaşam tərzidir. Bundan sonra çox yəqin ki, Ermənistan prezidenti Serj Sarkisyan və Dağlıq Qarabağdakı separatçıların lideri Bako Saakyan yenə ABŞ ilə Fransaya yollanacaq, orada dilənəcək, pul istəyəcəklər və axırda da telemarafon keçirəcəklər.

Amma iş ondadır ki, əgər əvvəllər belə "xeyriyyə" telemarafonlarında hər dəfə təqribən 25 milyon dollar yığılırdısa, 2014-cü ildən başlayaraq məbləğ sürəkli azalır. 2014-cü ilə 12,2 milyon dollar yığılmışdısa, ötənilki marafonda ermənilər 10 milyon dollar ianə ayırıblar.

Səbəb bəlli: son iki ildə xaricdə yaşayan ermənilərin diaspor təşkilatları ilə rəsmi İrəvan arasında münasibətlər hədsiz dərəcədə pisləşib. Daha doğrusu, diasporda Serj Sarkisyana nifrət yaranıb. S.Sarkisyanın ABŞ-a və ya Avropa ölkələrinə səfərləri zamanı diaspor mənsubları Ermənistan prezidentinin olduğu binanın qarşısına yığışır, piketlər keçirir, İrəvandakı və Xankəndidəki cinayətkarlar yığınını yemləmək istəmədiklərini deyirlər.

Ermənistan parlamenti 1000 dram məsələsi ilə bağlı qanun qəbul etməklə dövlət və vətəndaş arasındakı klassik siyasi-hüquqi münasibətləri də pozdu.

Çünki vətəndaş dövlət qarşısında öhdəliklərlə yanaşı, hüquqlara da malikdir. Dövlətsə səlahiyyətlərlə yanaşı, vətəndaş qarşısında öhdəliklər daşıyır. Ermənistanda isə hakimiyyət hərbçilərin sosial müdafiəsinin təminatını vətəndaşların üzərinə ataraq vətəndaşların qayğısına qaldığını iddia etməyə çalışır.

Vətəndaşların ciblərinə girmək əvəzinə S.Sarkisyan korrupsiya ilə mübarizəyə başlasa, "qara pulları" müsadirə edərək dövlət büdcəsinə toplasa və iqtisadiyyatın uçurumdan çıxarılması üçün labüd addımları atsaydı, normal olardı.

Amma yox - Sarkisyan tam tərsini edir. Belədirsə, yaxın gələcəkdə Ermənistanda cinayətkarlıqla effektiv mübarizə aparmaq və ya yolları təmir etmək üçün vətəndaşlardan əlavə pulların yığılması da istisna deyil.

Rusiyanın "hədiyyə" etdiyi "İsgəndər" raket kompleksləri ilə qürrələnmək, başıpozuq silahlı dəstələr yığnağı olan ordunu tərifləmək və mifik hərbi potensialdan danışmaq ermənilər üçün asandır.

Həlak olmuş və əlil qalmış hərbçilərin ailələrinin qismən normal yaşamını təmin etmək isə çətin...

Orxan Hun
Milli.Az


Tags:  Düşmənimiz özündən dilənir

RƏYLƏR


Top news