İcbari sığortanın tətbiq olunacağı xəstəxanalarda həkim və tibb işçilərinin maaşları artacaq

İcbari sığortanın tətbiq olunacağı xəstəxanalarda həkim və tibb işçilərinin maaşları artacaq
08:12 21 Noyabr 2016
139 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə başlandıqdan sonra həkimlərin və digər tibb işçilərinin əmək haqlarında dəyişikliklər olacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İcbari tibbi sığorta şöbəsinin müdiri Vüqar Qurbanov deyib.

Onun sözlərinə görə, sığorta sistemində ödənişlər xidmət əsasında həyata keçiriləcək. Hər bir həkim isə göstərdiyi xidmətin qarşılığında məvacib alacaq: "Həkim nə qədər çox xidmət göstərəcəksə, onun alacağı məvacib də bir o qədər çox olacaq. İcbari tibbi sığorta sisteminin tətbiqi ilə əlaqədar yalnız həkimlərin deyil, orta, kiçik tibb işçilərinin də maaşlarında dəyişiklər nəzərdə tutulur".

V.Qurbanov bildirib ki, icbari tibbi sığorta sisteminin tətbiqi zamanı ilk seçim Səhiyyə Nazirliyinin tabeliyində olan dövlət xəstəxanaları arasında aparılacaq: "Özəl klinikaların bu işə cəlb olunması haqqında fikirlərimiz var. İTSDA-nın tələblərinə cavab verəcək özəl klinikalar icbari tibbi sığorta xidmətini göstərə biləcəklər".

V.Qurbanov əlavə edib ki, icbari tibbi sığortanın tətbiqi ilə bağlı baza zərfi hazırlanaraq artıq Nazirlər Kabinetinə təqdim edilib. Baza zərfinə 1800-ə yaxın tibbi müayinə və müalicə posedurları daxil edilib: "Azərbaycanda ən çox yayılan xəstəliklərin müayinə, müalicə prosedurları əsas meyar kimi götürülüb. Buraya bir çox ambulator müayinə və müalicə təminatları, fizioterapiya prosedurları, stasionar şəraitdə həyata keçirilən cərrahiyyə əməliyyatları, terapevtik müalicə metodları daxil edilib".

Qeyd edək ki, icbari tibbi sığorta sistemi ilkin olaraq, Yevlax və Mingəçevirdə həyata keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/491347.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR