Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İsveçrə bankları milyardların varislərini axtarır

İsveçrə bankları milyardların varislərini axtarır

Date: 21 November 2016 08:22

İsveçrə bankları qeyri-adi problemlə üzləşib.

Trend xarici mətbuata istinadən xəbər verir ki, İsveçrə banklarında yüzlərlə hesab var ki, sahibləri artıq yarım əsrdən çoxdur pullarının ardınca gəlmirlər.

Bu hesablardakı məbləğ bir neçə milyard dollara çatır. Əgər qanuni varislər bunu təsdiq edəcək sənədlər təqdim edərsə, banklar həmin pulları sahiblərinə verməyə hazırdırlar.

Bununla bağlı İsveçrə parlamenti tərəfindən müvafiq qanun qəbul edilib və 2015-ci ilin 1 yanvar tarixindən qüvvəyə minib. Qanuna əsasən, əgər müştəri 10 il ərzində bankla əlaqə yaratmırsa və bundan 50 il sonra hesab olduğu kimi qalırsa, varisin axtarılması üçün həmin hesab barəsində məlumat yayılır.

Bunun üçün İsveçrə hökuməti dormantaccounts.ch saytı da yaradıb. Bu sayt vasitəsilə hər kəs əcdadlarının İsveçrənin hər hansı bir bankında hesabının olub-olmamasını yoxlaya bilər.

Milli.Az


Tags:  İsveçrə bankları milyardların varislərini axtarır

RƏYLƏR


Top news