Kitabında həmyerlisinin həyat yoldaşını "ələ keçirməsindən" bəhs edib

Kitabında həmyerlisinin həyat yoldaşını "ələ keçirməsindən" bəhs edib
08:27 21 Noyabr 2016
69 İdman
Ölkə mətbuatı
A- A+

"İnter"in argentnalı hücumçusu Mauro İkardi həmyerlisi Maksi Lopezin sabiq həyat yoldaşı Vanda Naranı "ələ keçirməsindən" danışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, İkardi avtobioqrafik kitabında bu məsələyə toxunub.

"ABŞ-da yoldaşlıq görüşünə getməzdən bir gün öncə Vandadan mənə mesaj gəldi. Təəccübləndim, çünki adətən Maksi ilə danışırdım. Vanda məndən xahiş etdi ki, Amerikadan yeni iPad alım. Həmin vaxt İtaliyada bundan yox idi. Bu, məni düşündürdü. Vanda, həqiqətən tablet istəyirdi, yoxsa mənimlə münasibət yaratmaq? Milana qayıdanda etdiyim ilk işlərdən biri onunla yaxından tanışlıq idi. Ona yeni iPad verməyim bunun üçün yaxşı səbəb oldu. Xeyli mesajlaşdıq. Sonra özümüz haqqında daha sərbəst danışmağa başladıq. Bir dəfə mənə yazdı: "Mauro, biz Qonzalo Berqessio və xanımı ilə birlikdə Lipar adalarına getməyi planlaşdırmışıq. Bizimlə gəlmək istərsən?" Əlbəttə, razılaşdım. Yaxtanın ikinci mərtəbəsində uzanıb musiqiyə qulaq asırdım. Vanda qəfildən gəlib çəkinmədən yanımda oturdu. Həmin vaxt onun Maksi Lopezlə münasibəti sona çatmaqda idi".

Qeyd edək ki, İkardi və Lopez arasında gərginlik ötən il "İnter" və "Torino" arasındakı oyunda hiss olunmuşdu. Maksi oyundan öncə İkardinin əlini sıxmaqdan imtina etmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/491317.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR