Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sumqayıtda sahibsiz itlər sakinləri vahiməyə saldı - VİDEO

Sumqayıtda sahibsiz itlər sakinləri vahiməyə saldı - VİDEO

Date: 21 November 2016 08:48

Sumqayıtda sahibsiz itlərin sayı artıb. Bu canlılar sakinlərin həyatı üçün təhlükəyə çevrilib.

Publika.az xezerxeber.com-a istinadən bildirir ki, sahibsiz itlər insanlara hücum etməkdən də çəkinmirlər. Problemdən çox əziyyət çəkənlər isə məktəblilərdir.

Məsələ ilə bağlı Sumqayıt Mənzil-Kommunal Təsərüffatı İstehsalat Birliyindən bildirilib ki, itlərin öldürülərək zərərsizləşdirilməsi qadağandır. Bu səbəbdən də sakinlərin müraciətləri əsasında, bu ilin 9 ayı ərzində 300-ə yaxın sahibsiz it tutularaq paytaxtda yerləşən sığınacaqlara yerləşdirilib. Şəhər ərazisində bu cür tədbirlər mütəmadi olaraq davam etdirilir.


Tags:  Sumqayıtda sahibsiz itlər sakinləri vahiməyə saldı VİDEO

RƏYLƏR


Top news