"KamAZ" "Mercedes"-ə çırpılıb, ölən və yaralananlar var - FOTO

"KamAZ" "Mercedes"-ə çırpılıb, ölən və yaralananlar var - FOTO
08:52 21 Noyabr 2016
102 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı-Qazax magistral yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Dəliməmmədli qəsəbəsi ərazisində qeydə alınıb.

"KamAZ" markalı yük maşın hərəkət zolağında dayanan "Mercedes"-ə çırpılıb. Toqquşmadan sonra "Mercedes" yanıb.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü ölüb, maşında olan 3 sərnişin xəsarət alıb. Ölən şəxs "Mercedes" markalı avtomobilin sürücüsü Kəlbəcər rayon sakini, 1982-ci il təvəllüdlü Murad Nəzərovdur. Goranboy rayon mərkəzi xəstəxanaya yerləşdirilən yaralılar isə Kəlbəcər rayon sakinləri 1986-cı il təvəllüdlü Rövşən Şahnəzərov, 1976-cı il təvəllüdlü Aftandil Şahverdiyev və 8 yaşlı Azad Nəzərovdur. Yaralılardan A. Şahverdiyevin vəziyyəti normal, digər iki nəfərinki isə orta ağır qiymətləndirilir.

Qəzanın təfərrüatları müəyyənləşdirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/491356.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR