Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Goranboyda AĞIR YOL QƏZASI - “Mercedes” yandı, sürücüsü öldü - FOTO

Goranboyda AĞIR YOL QƏZASI - “Mercedes” yandı, sürücüsü öldü - FOTO

Date: 21 November 2016 09:03

Bakı-Qazax magistral yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə rayonun Dəliməmmədli qəsəbəsi ərazisində qeydə alınıb.

“KamAZ” markalı yük maşını hərəkət zolağında dayanan “Mercedes”-ə çırpılıb. Toqquşmadan sonra "Mercedes" yanıb.

İlkin məlumata əsasən, qəza nəticəsində minik avtomobilinin sürücüsü ölüb, maşında olan 3 sərnişin xəsarət alıb. Qəzanın təfərrüatları müəyyənləşdirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.




Tags:  Goranboyda AĞIR YOL QƏZASI Mercedes yandı sürücüsü öldü FOTO

RƏYLƏR


Top news