Ərdoğandan NATO-ya sərt XƏBƏRDARLIQ

Ərdoğandan NATO-ya sərt XƏBƏRDARLIQ
09:13 21 Noyabr 2016
246 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 iyul hərbi çevriliş cəhdində iştirakda şübhəli bilinən hərbçilərlə bağlı NATO-ya xəbərdarlıq edib.

Ərdoğan qiyamçıların NATO-da çalışması, yaxud NATO tərəfindən onlara sığınacaq verilməsini yolverilməz olduğunu deyib.

Prezident Alyansdan terrorçuluqda ittiham olunan hərbçilərin ekstradisiya olunmasını tələb etdiklərini qeyd edib.

Xatırladaq ki, NATO-nun Baş katibi Yens Stoltenberq 15 iyul hərbi çevriliş cəhdindən sonra NATO-da çalışan türkiyəli hərbçilərin siyasi sığınacaq üçün müraciət etdiyini açıqlamışdı. (axar.az)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/176705.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR