Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İdmançımız dünya çempionu oldu

İdmançımız dünya çempionu oldu

Date: 21 November 2016 09:22

Azərbaycanın və "Qəbələ" İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, təmsilçimiz Fransanın Marsel şəhərində keçirilən döyüş gecəsində rinqə çıxıb.

Nəbiyev muay-tay növü üzrə dünya çempionu kəməri uğrunda mübarizə aparıb. 79,3 kq çəki dərəcəsində planetin ən yaxşısı olmaq üçün rinqə çıxan Alim fransalı Yohan Lidonla qarşılaşıb.
 
Gərgin keçən 5 raundluq döyüşdə xal hesabı ilə qalib gələn idmançımız WMS versiyası üzrə dünya çempionu adına yiyələnib.

Milli.Az


Tags:  İdmançımız dünya çempionu oldu

RƏYLƏR


Top news