Getməmək üçün torpağı qazıb, yer altına köçmüşdülər – Deportasiya DƏHŞƏTLƏRİ

Getməmək üçün torpağı qazıb, yer altına köçmüşdülər – Deportasiya DƏHŞƏTLƏRİ
09:28 21 Noyabr 2016
112 Digər
Ölkə mətbuatı
A- A+

Yeganə Kamal Cabbarlı

Erməni bəlası... Üç əsrdən bəridir hər səslənişində qanımızı donduran, heysiyyatımızı parçalayan, ruhumuzu didən bir əcaiblik! Çox təəssüf, hələ də davam etdiyi üçün! Və ən acınacaqlısı isə odur ki, çox qədim tarixə, ərazicə və millətcə saya, müqayisəyə gəlməz dərəcədə malik olduğumuz üstünlüklərə rəğmən, bu bir ovuc cılız, kimliyi məchul bir toplumun xeyirinə itirə-itirə gedirik . Gedirik - ərazilərimizi, torpaqlarımızı, dədələrimizin yurd yerlərini, babalarımızın qəbirlərini - bütün müqəddəs əmanətlərimizi geridə, kimsəsiz buraxaraq...

Bəlkə də bir qədər banal səslənəcək, amma yenə də soruşmaq istəyirəm: Kimdir günahkar? Əlbəttə, populyar bir cavabı var bu sualın: başqa dinə və eyni məzhəbə malik millətlərin xristian təəssübkeşliyi ilə azərbaycanlılara qarşı törədilən məqsədli və ədavətli düşmənçilik siyasəti. Lakin təkcə bumu? Bilmirəm! Bəlkə də mən bu ədavətin acılarını şəxsən yaşayan və istəmədən içindən keçirən milyonlardan biri olduğum üçün bütün ruhumla bu cavabsız niyələrin ağırlığında daha çox əzilirəm.


Azərbaycan xalqının deportasiya tarixi haradan başlayır? Hələ XIX əsrin əvvəllərində, Rusiya Şimali Azərbaycan torpaqlarına tamamilə sahibləndikdən sonra özünün buradakı mövqelərini möhkəmlətməkdən ötrü əhalisi demək olar ki, tamamilə azərbaycanlılardan ibarət olan bu ulu məmləkəti parçalamağın, etnik balansı qismən də olsa özgə millətlərin hesabına dəyişməyin vacib olduğunu dərk edir. Çar hökuməti bu məqsədlə ilk növbədə İran və Türkiyədən erməniləri bura köçürmək qərarına gəlir. 1827-ci ildə 124 600 nəfərdən ibarət 22 000 erməni ailəsi əsasən, Azərbaycana yerləşdirilməklə Zaqafqaziyaya köçürülür. Ermənilərin böyük əksəriyyəti Qərbi Azərbaycan ərazilərində, keçmiş İrəvan xanlığında məskunlaşdırılır.

Çar hökumətinin məqsədi qədim Azərbaycan torpaqları olan İrəvan və Naxçıvan xanlıqları ərazisində bir erməni dövləti yaratmaq idi. Elə bu məqsədlə də çar I Nikolay 28 may 1828 – ci ildə Azərbaycanın həmin xanlıqlarının ərazisində “Erməni diyarı”nın təşkil edilməsi barədə sərəncam imzalayır. Bununla da Rusiya İran və Osmanlı imperiyası ilə sərhədlərinin qorunmasına tam təmant verəcək bir inzibati ərazi vahidinə sahib olur.

İşğal edilmiş Azərbaycan ərazilərində yoxdan var edilən bir erməni dövləti yaratmaq imperiya Rusiyasının xüsusi bir strategiyası idi. Rusiya bu qədim tarixə malik dövləti işğal etməklə kifayətlənməyəcək, həm də onu parçalayacaqdı – erməni maşası ilə. Öz növbəsində isə ermənilərin böyük Ermənistan yaratmaq xülyaları yol alacaqdı – var olmağa doğru. Bu böyük planın həyata keçirilməsi isə azərbaycanlıların öz tarixi dədə - baba torpaqlarında etnik təmizlənməsindən keçəcəkdi.

Ermənilər nəyin bahasına olursa – olsun əhalinin milli tərkibini öz xeyirlərinə dəyişməyə çalışırdılar. Bu isə etnik tərkibinə görə dəfələrlə üstünlüyə malik olan azərbaycanlıların qovulması hesabına mümkün idi. Bu həm də sadəcə qovulma deyildi, qandan keçən bir qaçış faciəsi idi. Elə həmin zamandan etibarən ermənilər azərbaycanlılara qarşı planlı şəkildə, təkrar–təkrar törədilən kütləvi soyqırım cinayətini reallaşdırmağa başladılar.

Beləliklə, ermənilərin Azərbaycan torpaqlarında məskunlaşdırılması tarixi elə həm də azərbaycanlıların doğma yurd yerlərindən depotasiyası tarixinin başlanğıcı oldu.

Ermənilər havadarlarının bilavasitə köməyi ilə öz xəbis niyyətlərini hər fürsətdə dəyərləndirir, bütün mümkün məqamlardan istifadə edirdilər. Zaman isə göstərirdi ki,bu yolun hələ çox uzun yolçuluğu var. İmperialist Rusiyasında baş verən inqilabi hərəkatların genişlənməsi nəhayət, 1918- ci il Oktyabr inqilabı ilə nəticələndi. Doğrudur, tarıxdə baş verən bu hadisə Rusiya İmperiyasının dağılması kimi qəbul edilmişdir, lakin bu sadəcə bir şəkil dəyişikliyi idi. Dağılan isə ictimai – iqtisadi formasiya idi. İmperializmi sosializm əvəz etmişdi, imperiya isə qalırdı – SSRİ adlandırılan yeni bir imperiya pərdəsi altında.



Bundan bir qədər əvvəl isə azərbaycan xalqı Rusiyada başlayan inqilabi çaxnaşmaları öz xeyirinə dəyişə bilmişdi və 1918–ci ilin 28 may tarixində Şərqin ilk demokratik dövlətini – Azərbaycan Xalq Cümhuriyyətini qurmuşdu.Lakin zəngin neft ehtiyatlarına malik Azərbaycanı itirmək istəməyən Rusiya ikinci dəfə işğal siyasətinə baş vurdu və bu gənc dövlətin ömrü olduqca qısa oldu.

Sovet hakimiyyətinin də Azərbaycana qarşı siyasəti dəyişmədi və bu keçmiş Rusiya imperiyasının yüyütdüyü siyasətin davamı oldu. Ermənilər də öz ampulasında idi. Artıq Ermənistan SSR adlandırılan bir dövlət Qərbi Azərbaycan torpaqlarında mövcudluğunu möhkəmləndirdikdən sonra, bu dəfə də Dağlıq Qarabağa sahiblənmək istəyirdi.

İkinci dünya müharibəsinin sonlarına doğru, SSRİ- nin müharibədəki qalibiyyətindən dərhal sonra 1945–ci il fevral ayının 28 – də ermənilərin təkidi ilə ÜK(b)P MK – nın sədri G.M.Malenkov “Azərbaycan SSR – nin Dağlıq Qarabağ vilayətinin Ermənistan SSR – nin tərkibinə daxil edilməsi” barədə Azərbaycan K(b)p MK – in birinci katibi M.C.Bağırova Ermənistan K(b)P MK – in təklifi haqqında teleqram göndərir. Buna cavab olaraq M.C.Bağırov 10 dekabr 1945–ci il tarıxdə “Azərbaycana qonşu olan və azərbaycanlıların kompakt şəkildə yaşadığı ərazilərin – Ermənistanın üç, Gürcüstanın bir, Dağıstan MSSR – in isə iki rayonunun Azərbaycan SSR-ə birləşdirilməsi haqqında” ÜK(b) P MK- ın katibi G.M.Malenkova məktub ünvanlayır. Məktubun ümumi məzmunundan irəli gələn qənaət belə idi ki, Qarabağ tarixi Azərbaycan torpağıdır və hər nə qədər sonradan ermənilər burada məskunlaşdırılmış olsalar da, əhalisinin mütləq əksəriyyəti azərbaycanlılardır. Dağlıq Qarabağın Ermənistanla birbaşa sərhəd xətti yoxdur, çünki Azərbaycanın Qubadlı, Laçın, Kəlbəcər və Dəstəfür rayonları Dağlıq Qarabağla Ermənistan arasındakı sərhəd zolağında yerləşir... Əgər mərkəzi hökumət bu məsələni qaldırarsa, onda biz də həm Ermənistanın və həm də Gürcüstanın (Gürcüstan Balakən, Zaqatala və Qax rayonlarının öz ərazisinə birləşdirilməsini tələb edirdi) Azərbaycana qarşı qaldırdıqları bu ərazi iddialarına qarşı qədim Azərbaycan torpaqları olan və əhalisi bütünlüklə azərbaycanlılardan ibarət Ermənistan SSR–nin Əzizbəyov, Vedi və Qarabağlar, Gürcüstan SSR –in Borçalı, Dağıstan MSSR – nin Dərbənd və Qasımkənd rayonlarının Azərbaycanın tərkibinə verilməsinin baxılması məsələsini qaldırırıq...

Mənim şəxsi qənaətimə görə bu cavab Mir Cəfər Bağırovun bir siyasi rəhbər və səlahiyyətli dövlət adamı kimi sərgilədiyi düzgün diplomatik davranış və ağıllı siyasi manevr idi. Şübhəsiz, belə cəsarətli addım alqışlanmalıdır, baxmayaraq ki, bu, bir dövlət başçısı və azərbaycanlı kimi onun birbaşa vəzifəsi idi.

Dağlıq Qarabağla bağlı planları boşa çıxan ermənilər öz tülkü xislətləri ilə yeni bir intiqam planını həyata keşirməyə başladılar. Bu dəfə hədəfdə Ermənistanda (Qərbi Azərbaycan) yaşayan azərbaycanlılar idi. Ermənilər imperiya Rusiyasının dəstəyi ilə başladıqları işi tamamlamaq istəyirdilər. Növbəti həmlə isə azərbaycanlıların öz tarixi dədə-baba yurdlarından deportasiyasının dövlət siyasətinə gətirilməsi idi. Deportasiyaya verilən hökm belə adlandırılmışdı: “Xaricdən gələcək ermənilərin torpaq və yaşayış yerləri ilə təmin edilməsi üçün 130 min azərbaycanlının Ermənistan SSR- dən Azərbaycan SSR–nin az məskunlaşmış, pambıqçılıq rayonlarına köçürülməsinə icazə verilməsi barədə Azərbaycan SSR və Ermənistan SSR K(b)P MK birinci katiblərinin SSRİ Nazirlər Sovetinin sədri İ.V.Stalinə məktubu” (3 dekabr 1947 – ci il).

Bir qədər öncə Dağlıq Qarabağla bağlı M.C.Bağırovun addımını təqdir etmişdik. Bəs azərbaycanlıların bu faciəsinə imza atdığı üçün onu necə xatırlayaq?



Əslində, Sovet hökumətinin çoxdan qərarlaşdırdığı bu məsələnin Kremldən gələn hüquqi təsdiqi də özünü çox gözlətmədi. 23 dekabr 1947–cü ildə SSRİ Nazirlər Sovetinin sədri İ.Stalin “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR–dən Azərbaycan SSR–in Kür–Araz ovalığına köçürülməsi haqqında” məşum qərarla azərbaycanlıların deportasiyasına fətva vedi.

Beləliklə, köçürüləcək azərbaycanlılar üçün 11 maddədən ibarət qərarın birinci maddəsi belə yazıldı:
1. 1948 – 1950 – ci illərdə 100 min kolxozçu və digər azərbaycanlı əhali könüllülük əsasında Ermənistan SSR- dən Azərbaycan SSR –in Kür – Araz ovalığına köçürülsün, onlardan 10 min nəfəri – 1948 – ci ildə, 40 min nəfəri – 1949 – cu ildə və 50 min nəfəri isə - 1950 – ci ildə”.

Bunun ardınca gələn maddələr isə əhaliyə müəyyən imtiyazların verilməsi və hər iki respublikanın rəhbərlərinə bir ay müddətində qərarın icrası üçün konkret tədbirlərin həyata keçirilməsi ilə bağlı idi. Təbii ki, burada “könüllülük” ifadəsinin nə qədər gülünc olması diqqətdən yayınmamalıdır.

Azərbaycan hökumətinin də qərara reaksiyası cəld və operativ oldu. 2 fevral 1948 – ci ildə Azərbaycan SSR Nazirlər Soveti “Kolxozçuların və digər azərbaycanlı vətəndaşların Ermənistan SSR–dən Azərbaycan SSR–in Kür-Araz ovalığına köçürülməsinə hazırlıq tədbirləri haqqında” 84–C nömrəli məxfi qərar imzaladı.

Bütün qərarlarda olduğu kimi 12 maddədən ibarət bu qərarın da əsas maddəsi birincisi idi:
1. Salyan, Saatlı, Sabirabad, Əli – Bayramlı, Puşkin, Ağcabədi və Xıllı rayonlarının rayon icraiyyə komitələrinin sədrləri köçürüləcək kontingentlər üçün vəzifələndirilsin...

Bu tarixi sənədi oxuyarkən qəribə hisslər keçirdim. Qərarın ruhundan axan soyuqdanmı, yoxsa qərara imza atılan şaxtalı bir qış gününün ayazıymıdı məni üşüdən, bilmirəm. Ürpərdim, qılınc kimi kəsdi məni ürpərtim... Bəlkə də bu ürpərti daha çox qərarın 8–ci maddəsindən sıçramışdı:
8. Kür – Araz ovalığının mənimsənilməsi İdarəsinə tabşırılsın ki, Azvodproizlə birlikdə 1948–ci il mart ayının birinə qədər Kür – Araz ovalığının mənimsənilməsinin xalq təsərrüfatı əhəmiyyətli olması və məskunlaşma şəraiti məsələləri ilə bağlı azərbaycan dilində sadə nəşrlər, həmçinin, köçürülənlərə dövlət tərəfindən təyin edilmiş imtiyazları izah edən rəngli plakatları nəşrə hazırlasın. Azərnəşr göstərilən broşur və plakatları bu ilin 1 aprelinə qədər təmin etsin.
Deməli, rəngli plakatlar yamyaşıl dağların qoynunda pərvazlanıb, aynalı bulaqların gözündən su içən o məsum insanlara zorla bu ilan mələyən, susuzluqdan çat vermiş bomboz çöllərdə evsiz–eşiksiz qalmağın dərdini unutduracaqdı.

Artıq deportasiya ediləcək əhalinin təsərrüfatlarının yerləşdirilməsi planı da əvvəlcədən hazırlanmışdı. Salyanda - 330, Saatlıda - 140, Sabirabadda - 545, Əli – Bayramlıda - 260, Puşkində -150, Ağcabədidə - 75, Xıllıda - 100 təsərrüfat yerləşdiriləcəkdi.

Azərbaycanlıların Ermənistandan qovulması isə daha erkən başlamışdı.Müxtəlif təzyiqlərə məruz qalan əhali hələ 1946–cı ildən öz evlərini tərk etmək məcburiyyətində qalır və Azərbaycanın sərhəddə yerləşən kəndlərinə üz tuturdular.Məsələn, hələ 1946–cı ilin dekabr ayında Ermənistanın müxtəlif rayonlarından Qazax rayonunun kəndlərinə, həmçinin, Qazax şəhərinə 110 azərbaycanlı ailənin gəlməsi barədə faktlar mövcuddur və belə faktlar çoxdur.

Köçürülmə ərəfəsində Kür–Araz ovalığına daxil olmayan rayonlarda əhalinin qəbulu qadağan edilmişdi. Zorla və həm də belə ağır həyat şəraitinə malik olan ərazilərə sözün birbaşa mənasında sürgün edilmiş əhali olduqca məhrumiyyətli yaşayışa dözmür və geriyə - öz evlərinə qayıtmağa can atırdılar. Arxiv sənədlərində 1948 – 1951 ci illərdə Köçürmə İdarəsinin məlumatlarında kifayət qədər belə məlumatlar vardır. Deportasiyaya məcbur edilən əhali arasında bu əmrə tabe olmaq istəməyən və öz evlərini tərk eləməmək üçün mübarizə aparanlar da vardı - Ləmbəlilər kimi.

Əslində Ləmbəli kəndi köçürülənlərin siyahısında deyildi. Lakin Ermənistan SSR Nazirlər Sovetinin sədri S.Karapetyanın 1949–cu ildə verdiyi qanunsuz sərəncamla Ləmbəlilər öz doğma kəndlərindən qovuldu. Lakin onlar Gürcüstanda yaşayan azərbaycanlılara pənah gətirsələr də burada gürcülər onları dinc buraxmır. Gürcüstandan da qovulan Ləmbəlilər öz yurdlarına qayıtmağa cəhd göstərsələr də Ermənistan hökuməti onları zorla Basarkeçər rayonuna göndərir. Lakin doğma kəndə qayıtmaq ləmbəlilər üçün ölüm-dirim mübarizəsinə çevirilir. Onlar Ləmbəliyə yaxın yerdə özlərinə yeraltı dəyələr qazır və orada yaşamağa başlayırlar. Nəhayət dalbadal Moskvaya ünvanlandırdıqları ərizə, məktub və teleqramlar öz bəhrəsini verir. SSRİ Nazirlər Sovetinin sədri G.M.Malenkov Ermənistan rəhbərliyini onlara güzəştə getməyə məcbur edir.

Azərbaycanlıların deportasiyası ilə bağlı Azərbaycan SSR Nazirlər Soveti yanında Köçürülmə şöbəsi yaradılır və İdarənin Ermənistan SSR–də nümayəndəliyi təşkil edilir. Nümayəndəlik İrəvan şəhərində fəaliyyət göstərirdi. Nümayəndəliyə işçilər isə Ermənistan SSR K(b)P MK–nın razılığı ilə azərbaycanlılar təyin edilmışdi. Beləliklə, 23 dekabr 1947–ci il və 10 dekabr 1948–ci il tarixli azərbaycan xalqının böyük faciəsinə hesablanmış o qorxulu qərarların həyata keçirilməsinə bir kölə mütiliyi və təxəyyülü ilə daha böyük canfəşanlıqla xidmət göstərənlər özümüz idik - Azərbaycanın o zamankı rəhbəri M.C.Bağırov və Azərbaycan SSR Nazirlər Sovetinin sədri M.Ə.Əzizbəyov. Acınacaqlı olan budur ki, Azərbaycanın o zamankı hakimiyyətini təmsil edənlər bir dəfə də olsun deportasiya əleyhinə çıxmamış və milli mənafeyi əks elətdirən hər hansı bir qərar və ya digər sənəd hazırlamamışlar. Hökumət sanki köçürülmənin tez bir zamanda həyata keçirilməsi üçün bir–birinin ardınca formal qərarlar qəbul edərək üst–üstə qalaqlanmış kağız yığını ilə Moskvanın gözünə girməyə çalışırdı.

Doğrudur, azərbaycanlı əhalinin bu acınacaqlı taleyinə xitam verən və bu işi planlaşdıran Ermənistan və Moskva idi. Lakin onun reallaşmasına kömək edənlər isə çox təəssüf ki, həm də sapı özümüzdən olan baltalar oldu.Ermənistan hökuməti nəyin bahasına olursa–olsun Moskvaya imzalatdırdığı bu siyasi qərarın həyata keçirilməsinə çalışır, Azərbaycan hökuməti isə utancverici canfəşanlıqla bir az da sürətləndirirdi.

Beləliklə, 130 min azərbaycanlının - yaşından, cinsindən, sosial vəziyyətindən asılı olmayaraq məhrumiyyətlərlə dolu acı bir həyat hekayəsi yol aldı, üzü məchula doğru.

Deportasiya olunanlar Ermənistanın Zəngibasar, Artaşed, Vedi, Basarkeçər, Beriya, Kotayk, Eçməidzin, Noyanberyan, Qafan,İrəvan, Stalin, Kirov, Molotov, Spandaryan, Əzizbəyov, Ararat, Əştərək, Axta, Mikoyan, Kirovakan, Oktemberyan, Nov–Bayazid rayonlarının – sonradan adları dəyişdirilmiş qədim Azərbaycan torpaqlarının əsl sahibləri idi.

Planlı şəkildə aparılan köçürülmənin 1948–1953– cü illərdə həyata keçirilən statistik göstəricisi belə idi:
1948–ci ildə - 2324 təsərrüfat və 9652 azərbaycanlı;
1949 – cu ildə – 2815 təsərrüfat və 12 855 azərbaycanlı;
1950 – ci ildə – 4070 təsərrüfat və 17 155 azərbaycanlı;
1951 – ci ildə – 1014 təsərrüfat və 3987 azərbaycanlı;
1952 – ci ildə – 859 təsərrüfat və 4328 azərbaycanlı;
1953 – cü ildə 608 təsərrüfat və 2794 azərbaycanlı.


Azərbaycanlıların Ermənistan ərazilərindən deportasiya edilməsi ilə bağlı arxivlərimizdə nə az, nə də çox – düz 322 adda arxiv sənədi mühafizə olunur. Əslində, Azəbaycan cəmiyyəti bütünlüklə bu qiymətli tarıxı sənədlərdən xəbərdar olub, milli kimliyimiz naminə gələcək üçün nəticə çıxarmalıdır. Bu ilk növbədə bir heysiyyat məsələsi olduğu üçün yaddaşlara həkk olunmalıdır.

Düz 68 il öncə bir xalqın həyatına fitnəkarcasına müdaxilə və qəsdi nə gizlətmək, nə də tarixdən silmək mümkündür. Axı bu hələ son deyildi. Davamı da vardı, 40 il sonra. 1988 – ci ildən isə azərbaycanlılar Qərbi Azərbaycan torpaqlarından tamamilə qovulub çıxarıldılar.

Doğrudur, əlimizdə kifayət qədər haqlı olduğumuzu sübuta yetirəcək tarixi sənədlərimiz var. Lakin təəssüf ki, inandıra biləcəyimiz, bəlkə də daha dəqiqi inanmaq istəyən bir dünya yoxdur. Ona görə də biz azərbaycanlılar elliklə, durmadan, yorulmadan, bütün fürsətlərdən və təbliğat imkanlarımızdan faydalı şəkildə yararlanmalı, Bütöv Azərbaycan naminə mübarizə aparmalıyıq. Gəlin hamılıqla Qarabağın yanında həm də Göyçə, Zəngəzur deyək. Bütün itirdiklərimizi qaytarmaq uğruna əlimizdə olan tarixi faktlardan, sübutlardan ağılla, zəkayla istifadə edək və onların təbliğindən çəkinməyək.

Yazımın əvvəlində qeyd elədiyim sənəd toplusu “Azərbaycanlıların Ermənistan SSR – dən deportasiyası (1948 – 1953 cü illər)” adlanır. Tarixi Azərbaycan torpaqlarından azərbaycanlıların deportasiyasını bütün çılpaqlığı ilə özündə əks elətdirən son dərəcə qiymətli bir mənbədir. Bəlkə də bu tarixi sənədlər düşmənlərimizin əlində olsaydı dünyanı bütünlüklə ayağa qaldırardılar. Təəssüf ki, vaxtilə özümüzə, milli kimliyimizə biganəliyimiz, millətimizin taleyinə, milli dəyərlərimizə laqeyid münasibətimiz, baş verən hadisələrə vaxtında münasibət bildirib, haqqımızı tələb etməyə məsuliyyətsiz yanaşmağımız başımıza gələn bəlaların birinci səbəbidir. Əgər biganə olmasaydıq, mənim bəhrələndiyim bu əsəri nə qədər böyük dəyər kəsb etdiyini nəzərə alaraq, azərbaycanlıların milli–etnik təmizlənməsi tarixini aydınladan bir mənbə kimi bütün mətbu orqanlar, virtual aləm durmadan yayımlayardı – azərbaycançılıq, dövlətçilik və insanlıq naminə. Bu toplunun müəllifini də unutmaq günah olardı. Sənətinin həqiqi peşəkarı, yorulmaz arxivşünas – alim, millətinin tarixinin cəfakeş təəssübkeşi, tarix elmləri doktoru Ataxan Paşayev. Təşəkkurlər! Uzun, gərgin axtarışlarınızla tarixin qaranlıq məqamlarına işıq saldığınıza görə. (azvision.az)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Acunun toy gecəsindən sonrakı planı məlum oldu - VİDEO

25 İyul 2017 16:57

Aynişan Kapadokyada - FOTO

25 İyul 2017 16:52

"Milan" İstanbul klubunun növbəti təklifini rədd etdi

25 İyul 2017 16:52

Avtomobiliniz isti havada PARTLAYA BİLƏR

25 İyul 2017 16:52

Gözəllik imperiyasının yaradıcısından həyat, qadınlar və kişilər haqqında MÜDRİK FİKİRLƏR

25 İyul 2017 16:48

Avropada qanuni yaşamaq istəyənlərə ŞAD XƏBƏR

25 İyul 2017 16:47

"Azərbaycan və Rusiya prezidentlərinin görüşü tam vaxtında və aktual oldu"

25 İyul 2017 16:47

"Şoka düşdüm..." - Oksana

25 İyul 2017 16:47

"Aeroflot" əməkdaşları etiraz aksiyası keçirir - TƏLƏB əmək haqqı artırılsın

25 İyul 2017 16:47

Tramp Ukraynanı günahlandırdı və baş prokurora göstəriş verdi - FOTO

25 İyul 2017 16:47

Məşhurlarımız istirahətə nə qədər pul xərcləyir? - 20 min

25 İyul 2017 16:44

Plyonkaya görə 14 sürücü cərimələndi

25 İyul 2017 16:42

Ermənistanın hakim partiyasının deputatı: “Danışıqlarda hər şey Azərbaycana bağlıdır”

25 İyul 2017 16:38

Venesuelaya qarşı mümkün sanksiyalar nefti bahalaşdırıb

25 İyul 2017 16:37

Ölən müğənnini ortalığa qoyub selfi çəkdirdilər - FOTO

25 İyul 2017 16:37

FOTO: Dəhşətli görüntülər az öncə gəldi

25 İyul 2017 16:37

Kiçik və orta biznes seqmentində İT xərcləri 680 milyard dollara çatacaq

25 İyul 2017 16:35

Ermənistanda məmur itkin düşüb

25 İyul 2017 16:34

Azərbaycan: O, işdən çıxarıldı, yüksək vəzifə verildi

25 İyul 2017 16:34

Körfəz böhranında yenilik - Terrorçuların siyahısı genişləndi

25 İyul 2017 16:33

2017-2018 mövsümünün əsasnaməsinə dəyişiklik edildi

25 İyul 2017 16:32

Azərbaycanda aqroparkların yaradılmasına 200 milyon manatdan artıq sərmayə qoyulacaq - FOTO

25 İyul 2017 16:27

Ankarada ticarət mərkəzi yanır

25 İyul 2017 16:27

Dünyanın ən bahalı maşın nömrəsi: BU MƏBLƏĞƏ İNANMAQ OLMUR

25 İyul 2017 16:23

Azərbaycanda qızıl hasilatı ilə məşğul olan şirkət planlarını açıqlayıb

25 İyul 2017 16:22

Yaqub Mahmudov: "Rusiya erməni faktorundan imtina etməlidir"

25 İyul 2017 16:22

FED-in iclasından ciddi qərarlar gözlənilmir

25 İyul 2017 16:22

"Öz ölkəmdə heç kim ağzını açmadı, Türkiyədə isə..." - müğənninin xanımı əsəbiləşdi - FOTO

25 İyul 2017 16:22

Azərbaycanda uşağın adı CINDIR qoyuldu

25 İyul 2017 16:20

Qurd ürəyi yeyən qız: 40 nəfəri zorlayaraq öldürən kişi ilə evləndi – ŞOK HADİSƏ

25 İyul 2017 16:18

"Real Madrid" Kilian Mbappe üçün "Monako"ya 180 milyon avro ödəyəcək

25 İyul 2017 16:17

Ərlərini və arvadlarını "dəyişən"lərin FOTOları

25 İyul 2017 16:17

Şəkidə yük maşını 10 ton ot bağlaması ilə birlikdə yandı

25 İyul 2017 16:17

TERROR: İŞİD-in istehsal etdiyi döyüş texnikası

25 İyul 2017 16:17

Şəhriyar del Geraninin atası: “O, Allah adamıdır, amma...” – Lent.az-da YENİ LAYİHƏ

25 İyul 2017 16:14

Hindistanda bina çökdü

25 İyul 2017 16:14

İnsanlar şirniyyat üstündə bir-birlərini əzdilər - VİDEO

25 İyul 2017 16:13

Hamilə aktrisa əri ilə sahildə - FOTOlar

25 İyul 2017 16:12

Bakılı qızın oğlanlara "padxod" etmək üçün

25 İyul 2017 16:10

Sevdiyi qızın anasını öldürən şəxs: "Rəhmətlik mənə "ya məni sev, ya da qızımı öldürəcəm" dedi"

25 İyul 2017 16:05

"Qarabağ" 50-ci ev qolu arzusunda

25 İyul 2017 16:05

Həkimlər xəbərdarlıq etdi: “Küçədəki heyvanlara toxunmayın”

25 İyul 2017 16:03

İslam partiyasının dövlətə xəyanət edən sədr müavini barədə MƏHKƏMƏ QƏRARI

25 İyul 2017 15:58

Natiq Kərimov və İnqilab Əhədovun apellyasiya şikayəti təmin edilməyib

25 İyul 2017 15:57

"Lotu Quli"nin yeznəsi azadlığa buraxıldı

25 İyul 2017 15:57

Növbəti doğuş terroru - İDDİA

25 İyul 2017 15:57

Azərbaycan və Gürcüstan növbəti danışıqlara başlayacaq

25 İyul 2017 15:52

Yük avtomobili 10 ton ot bağlaması ilə birlikdə yandı

25 İyul 2017 15:51

Azərbaycanda yüksək vəzifəli məmur İŞDƏN ÇIXARILDI - FOTO

25 İyul 2017 15:47

Neymarın PSJ-dən tələbləri

25 İyul 2017 15:47