Azərbaycan-Rusiya sərhədində xüsusi əməliyyat keçirilir

Azərbaycan-Rusiya sərhədində xüsusi əməliyyat keçirilir
09:44 21 Noyabr 2016
56 Digər
Ölkə mətbuatı
A- A+

 

Azərbaycanın Rusiya ilə sərhəd rayonlarında “Sərhəd-sipər” əməliyyatına başlanılıb. Əməliyyatlar Azərbaycanın şimal bölgəsini əhatə edir.

 

APA-nın yerli bürosunun məlumatına görə, “Sərhəd-sipər” şərti adı altında keçirilən əməliyyatlara Azərbaycanın daxili işlər orqanları ilə yanaşı, Rusiyanın hüquq-mühafizə orqanları da qatılıb.

 

Yerli sakinlərin verdiyi məlumata görə, aparılan əməliyyatlara bağlı Xaçmaz və Qusar rayonlarında xüsusi polis postları qurulub. Polis əməkdaşları tərəfindən rayona girən və çıxan avtomobillər yoxlanılır.

 

Hüquq-mühafizə orqanlarından APA-ya bildirilib ki, məlum əməliyyatlar Rusiya ilə Azərbaycan tərəfinin birgə əldə etdiyi razılaşmaya əsasən aparılır. Əməliyyatın keçirilməsində əsas məqsəd hər iki dövlətin sərhədyanı ərazilərində transmilli mütəşəkkil cinayətkarlığa, qanunsuz miqrasiyaya, narkotiklərin, qanunsuz silah-sursatın dövriyyəsinə qarşı mübarizə aparmaqdır.

 

Əməliyyatın noyabrın 27-dək kimi davam edəcəyi bildirilir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260078

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR