Hər zaman dəyişməyi sevən Xalq artisti Aygün Kazımova bu dəfə də stilində yenilik edib.
Publika.az xəbər verir ki, pop-diva saçlarının rəngini və formasını dəyişib. Bu dəfə saçlarını açıq qəhvə rənginə boyayan A.Kazımova hörükləri ilə diqqət çəkib.
Yeni imicdə və makiyajsız halda fotosunu “İnstagram” səhifəsində paylaşan müğənni sual edib: “Yeni saçlarımın rəngi və forması necədir? Yaraşır mənə?”
Sosial şəbəkə istifadəçiləri onu tərif yağışına tutublar.
Cəvahir