Portuqaliya kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib. Fanat.Az xəbər verir ki, milli komandamızın üzvləri Kamran Ağayev və Emin Mahmudovun formasını geyindiyi “Boavişta” “Vitoriya Guimaraeş”lə qarşılaşıb.
Əsas vaxtı 1:1 hesabı ilə yekunlaşan görüşdə Kamran Ağayev meydana start heyətində çıxıb, Emin Mahmudov isə ehtiyatda qalıb.
Cütün taleyini həll etmək üçün əlavə vaxt təyin olunub. 118-ci dəqiqədə “Vitoriya Guimaraeş” qələbə qolunu vurub və “Boavişta” kubokla vidalaşıb.
110-cu dəqiqədə vaxtı uzatdığı üçün sarı vərəqə alan Kamran ilk qolu penaltidən, ikincini cərimə zərbəsindən buraxıb.
Fanat.Az