Əlilliyi olan gənclərin ilk teatr tamaşası

Əlilliyi olan gənclərin ilk teatr tamaşası
10:07 21 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 21 noyabr. REPORT.AZ/ “ƏSA” teatrı Xəzər Universitetində “DUMB Mərhələsinin Əsası” tamaşasının premyerasını keçirib.
“Report”un xəbərinə görə, “psixo-dram” janrında qurulmuş tamaşa bir insan həyatının müxtəlif mərhələlərindən bəhs edib. Belə ki, bütün həyatını aldığı travmadan qurtulmağa həsr edən və yanlış istiqamətlənən, atdığı hər addımda vəziyyətini daha da çətinləşdirən qəhrəman bütün günahları ətrafında baş verən hadisələrdə və şəxslərdə görür.
Tamaşanı Fərid Kazakov, Orxan Adıgözəl, Murad Məmmədov, Elvin Mirzəyev və Nihad Qulamzadə ifa edib.
Xatırladaq ki, “ƏSA” teatrı 2016-cı ilin sentyabr ayının 3-də yaranıb və əlilliyi olan aktyorlardan ibarətdir.















Xəbərin orijinal ünvanı: https://report.az/multimedia/elilliyi-olan-genclerin-ilk-teatr-tamasasi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR