Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ucardakı partlayışda xəsərət alan ata-ana və övladları öldü

Ucardakı partlayışda xəsərət alan ata-ana və övladları öldü

Date: 21 November 2016 10:12

Ucarda baş verən partlayışda xəsarət alan şəxslər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bir həftə əvvəl Ucar rayonunda baş verən partlayışda yanıq xəsarətləri alaraq Respublika Yanıq Mərkəzinə yerləşdirilən rayon sakinləri - 1979-cu il təvəllüdlü Zakir Məlikov, onun həyat yoldaşı, 1978-ci il təvəllüdlü Şamama Şərifova və övladları, 2008-ci il təvəllüdlü Ağa Məlikov xəstəxanada keçiniblər.
 
Qeyd edək ki, hadisə noyabrın 14-də qeydə alınıb. Z.Məlikov evdə mühərrikli mişarı təmir edərkən yanğınla nəticələnən partlayış baş verib. 

Milli.Az


Tags:  Ucardakı partlayışda xəsərət alan ata-ana övladları öldü

RƏYLƏR


Top news