ABŞ-da aktiv neft-qaz quyularının sayı daha 20 ədəd artıb

ABŞ-da aktiv neft-qaz quyularının sayı daha 20 ədəd artıb
10:17 21 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 21 noyabr. REPORT.AZ/ ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı noyabrın 12-18-də 20 ədəd və ya 3,5% artaraq 588 ədəd təşkil edib.
"Report" ABŞ-ın "Baker Hughes" şirkətinə istinadən xəbər verir ki, hesabat həftəsində aktiv neft quyularının sayı 19 ədəd və yaxud 4,2% artaraq 471 ədəd, qaz quyularının sayı 1 ədəd və yaxud 0,87% artaraq 116 ədəd, qarışıq fəaliyyət göstərən quyuların sayı isə dəyişməyərək 1 ədəd olub. Beləliklə, keçən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 93 ədəd və yaxud 16,49%, qaz quyularının sayı isə 77 ədəd və yaxud 39,9%, ümumilikdə isə neft-qaz quyularının sayı 169 ədəd və yaxud 22,3% azalıb.
Xatırladaq ki, ABŞ-da fəaliyyətdə olan neft quyularının sayı bu ilin mayın 25-nə 316 ədəd olub, bu da son 7 ilin minimal həddir. Hazırda aktiv neft quyularının sayı minimal həddən 49% çoxdur. Bu göstərici rekord səviyyəyə isə 2014-cü ilin oktyabrında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 70,7% aşağıdır.
"Report"un analitik qrupu qeyd edir ki, neft hasil edən ölkələrin oktyabrda hasilatı artırması neft bazarında təklifi daha 800 min barel yüksəldərək gündəlik 97,8 mln. barelə çatdırıb. Hazırda neft bazarı iştirakçıları noyabrın 30-da Vyanada keçirilməsi gözlənilən növbəti OPEC sammitinin nəticələrini gözləyir. Bu görüşdə hasilatın azaldılması ilə bağlı qərar qəbul olunmasa, neftin 35 dollar/barelə qədər ucuzlaşması proqnozlaşdırılır.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/abs-da-aktiv-neft-qaz-quyularinin-sayi-daha-20-eded-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR