Aktual mövzular: Dollar alış-satışı , Su çərşənbəsi, Məzənnə, Hava haqqında, Neftin qiyməti

Cəzaçəkmə müəsissəsində hərbi xidmətdə olan əsgəri avtomobil vurub

Cəzaçəkmə müəsissəsində hərbi xidmətdə olan əsgəri avtomobil vurub

Date: 21 November 2016 10:22

Yaralının vəziyyəti ağırdır
Bakı. 21 noyabr. REPORT.AZ/ Bakıdakı 11 saylı cəzaçəkmə müəsissəsində hərbi xidmətdə olan əsgəri avtomobil vurub.
"Report"un xəbərinə görə, hadisə Abşeron rayonu Mehdiabad qəsəbəsində baş verib.
Burada yolu keçmək istəyən 1996-cı il təvvəllüdlü Əsədzadə Ərşad Müşfiq oğlunu naməlum avtomobil vuraraq ərazidən uzaqlaşıb. Ağır bədən xəsarətləri alan Ə.Əsədzadə təcili yardım maşını ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağırdır.
Qeyd edək ki, Ə.Əsədzadə 11 aydır Ədliyyə Nazirliyinin tabeçiliyində hərbi xidmətdədir. Onu avtomobil vurarkən əynində hərbi forma olub.
Faktla bağlı cinayət işi başlanılır, araşdırma aparılır.

Tags:  Cəzaçəkmə müəsissəsində hərbi xidmətdə olan əsgəri avtomobil vurub

RƏYLƏR


Top news